• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qırğızıstan portalı Ulu Öndərlə bağlı materiallar verib

11-05-2022, 22:00 | Baxılıb: 33
“Qırğızıstan portalı Ulu Öndərlə bağlı materiallar verib

Qırğızıstanın “turktoday.info” portalı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı rus dilində materiallar çap edib.

Diaspor info-AZƏRTAC-a istinadən xəbər verir ki, sayt Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi – Ulu Öndərin anadan olmasından 99 il ötür” sərlövhəli məqaləsini, həmçinin Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Milli həmrəyliyi təmin etmiş Ümummilli Lider” sərlövhəli materialını da çap edib.

Portalda həmçinin “Heydər Əliyev öz xalqının böyük oğludur: Rusiya siyasətçiləri və mədəniyyət xadimləri Heydər Əliyev haqqında” məqaləsi də yayımlanıb. Materialda sabiq Rusiya Prezidenti Boris Yeltsinin mətbuat katibi Sergey Medvedev, Rusiya xarici işlər nazirinin sabiq birinci müavini Boris Pastuxov, TASS agentliyinin keçmiş baş direktoru Vitali İqnatenko, Şən və hazırcavablar klubunun prezidenti Aleksandr Maslyakov, televiziya aparıcısı Leonid Yakuboviç, Moskvanın sabiq meri Yuri Lujkov və digərlərinin Heydər Əliyev haqqında fikirlərinə yer verilib.

Bundan əlavə saytda “Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilir” və ”Heydər Əlirza oğlu Əliyev” bioqrafik məqalələri də çap olunub. Məqalələrdə 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycanın düşdüyü çətin siyasi və iqtisadi vəziyyət, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, vəziyyətin gündən-günə pisləşməsi ilə üz-üzə qalan o vaxtki Azərbaycan rəhbərliyinin ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdiyi xüsusi vurğulanır.

Yazılarda Azərbaycanın prezidenti seçildikdən sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar nəticəsində ölkədə dövlət hakimiyyətinin möhkəmləndiyi, qanunsuz silahlı qrupların tərksilah edildiyi, siyasi-iqtisadi sabitliyin bərqərar olunduğu, dünya gücləri və region ölkələri ilə əməkdaşlığa əsaslanan balanslaşdırılmış xarici siyasət xəttinin formalaşdırıldığı öz əksini tapıb.

Materiallarda Ulu Öndərin Azərbaycanın milli və mənəvi dəyərlərinin qorunmasına çox önəm verdiyi, hər zaman İslam dəyərlərinin qorunmasına və İslam həmrəyliyinin təmin olunmasına çalışdığı oxucuların nəzərinə çatdırılır. Vurğulanır ki, ümummilli lider Heydər Əliyev İslam dininin mütərəqqi və universal din olduğunu qeyd edib, müqəddəs Kəbəyə həcc ziyarətinə gedib, çıxışında həcc ziyarətini həyatının ən vacib və xoşbəxt günləri kimi dəyərləndirib.скачать dle 10.6фильмы бесплатно


33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır
ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək
Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub
Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Bu gündən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılır

ANAMA: Ötən həftə 413 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Tarixi Sərəncam Şuşa Real Məktəbini Cənubi Qafqazın məşhur təhsil ocağına çevirəcək

Postmüharibə dövründə şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 93 min şəxsə sosial ödənişlər təyin olunub

Prezident İlham Əliyev Roma Papasını Vatikanla diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

"Türk yıldızları" Bakı səmasında uçuş məşqləri keçirir

Müqəddəs Taxt-Tac ilə qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz böyük inkişaf yolu keçib - Prezident İlham Əliyev

Üçtərəfli görüşün yekununa dair bəyanat

İsmayıllı və Qəbələ rayonlarında “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib.

Azərbaycan önəmli rol oynayır

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.