ŞƏHİD QURBAN ƏLİYEVİN DƏ, RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Uzun Qazmalar kənd sakini Əliyev Qurban Nəzir oğludur.
Qurban haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Uzun Qazmalar kəndinə yollandıq. Şəhidimizin atası Nəzir müəllim və anası Asiyyət xanımla görüşüb xeyli söhbətləşdik: Əliyev Qurban Nəzir oğlu 05.10.1974-cü ildə Uzun Qazmalar kəndində anadan olub. Uzun Qazmalarda 4 il oxuyub. Sonra gedib Danaçı kəndinin 3 saylı orta məktəbinə, orada da, 8-ci sinifi bitirdi. Kənd təsərrüfatı işlərində valideyinlərinə kömək edib. Əsas da, mal - heyvana həvəsi var idi.
Qurbangil ailədə 5 uşaq olublar 2 qardaş 3 bacı. Evin böyüyü isə, Qurban olub. 12.10.1992-ci ildə həqiqi hərbi xidmətə yola düşdü. Əlibayramlıda 1 ay xidmət etdikdən sonra, karantin vaxtı soruşublar ki, kim döyüşə getmək istəyir , ancaq könüllü olaraq, oğlumda çıxıb irəliyə və Ağdərəyə gedib.
Ata kimi getmişdim oğlumun xidmətiylə maraqlanmağa. Cəbhə bölgəsinə getdim ki, oğlum hanı ? Dedilər ki, gedib döyüşə. Döyüşdən gəldi və mənə dedi ki, ata mən döyüşəcəyəm, siz evimizə dönün, məndən də, narahat olmayın.
Ağdərədə xidmət edən vaxtı gəlmişdi evə, sonra bir yerdə getdik Qarabağa.
Bu dəfə Ağdama apardılar, orada 6 saylı məktəbdə 3 batalyon var idi. Onlara qoşuldu.25.01.1993 -cü ildə itgin xəbəri gəldi. Ağdamda, Armudlu kəndi ərazisinə yaxın ərazidə itgin düşüb.
Komandiri ilə görüşüb danışdım. Dedi ki, son döyüşümüzdə mən ayağımdan iki dəfə yaralandım. Ona qədər bir yerdə döyüşürdük. O da, dedi ki, sonuncu döyüşümüzü xatırlayıram.
Daxılı qoşunlarda xidmət edib. 2007-ci ildə şəhidlik statusu alıb.
Onun kənddə hamıyla zarafatı olub. Hamıyla zarafatlaşardı, elə bilki hamı bunun əsgər yoldaşı idi. O, uşaqlıqda evin bütün işini görərdi. Hətta bacılarının əvəzinə qadın işlərinidə görürdü. Deyirdi ki, mən işdən heç vaxt yorulmuram.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Qurban Əliyevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.