ŞƏHİD CUMA CUMAYEVİN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Bəhmətli kənd sakini Cumayev Cuma Uveys oğludur.
Şəhidimiz haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Bəhmətli kəndinə yollandıq. Şəhidin qardaşı İlqar Cumayevlə görüşüb, xeyli söhbətləşdik:qardaşım Cumayev Cuma Uveys oğlu 1973-cü ildə avqustun 27-də anadan olub. Hamı onu çox istəyirdi. O, valideynlərinə çox bağli idi. Zarafatı deyib- gülməyi sevən biri idi. Xatirimizdə elə qalıb. Qardaşım bəstəboy, çox çevik olub.
Döyüşdən evə, istirahətə gəlmişdi. O, yenidən cəbhəyə gedəndə sanki sonuncu dəfə getdiyini hiss etmişdi. Hamıyla ayrı-ayrılıqda vidalaşırdi. Onun həsrətlə baxışı, sanki bir daha dönməyəcəyini bildiyi üçün valideynlərindən ayrılmaq istəmirdi.
Cuma Cumayev Ağdam rayonunun Cavahirlər kəndində gedən ağır döyüşdə şəhid olub.
Anası Ruxsarə müəllimə oğul həsrətiylə yaşayır. Ruxsarə xanım da, atası Uveys də, müəllim olublar.
Uveys dil ədəbiyyat müəllimi olub, bir müddət məktəbin direktoru da, olub, rəhmətə gedib.
Evin qızı çox balaca idi. Cuma evin təmizliyinə qoca nənəsinə də, baxırdı. Anasına hər şeydə kömək edərdi. Ümumiyyətlə isə sözə baxan idi. Əmisinidə çox istəyirdi. Şəhidin adını atası qoyub.
Bu ad Böyük Vətən müharibəsində iştirak etmiş və itgin düşmüş Uveysin əmisi Cumanın adıdır. O, itgin düşüb, Cuma isə şəhid olub. Bəhmətli kənd qəbirstanlığında dəfn olunub.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Cuma Cumayevin də,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.