• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ŞƏHİD VASİF SAATOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.

20-05-2022, 15:00 | Baxılıb: 64
“ŞƏHİD  VASİF SAATOVUN  RUHU ŞADDIR, ÇÜNKİ  VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI  ALINDI.

ŞƏHİD VASİF SAATOVUN RUHU ŞADDIR, ÇÜNKİ VƏTƏN MÜHARİBƏSİNDƏ ONUN DA, QİSASI ALINDI.



Azərbaycan yenicə müstəqilliyini əldə etmişdir ki, xain qonşuları tərəfindən təcavüzlə rastlaşdı. Həmin vaxtı, yəni “Birinci Qarabağ” müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta Milli ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə igid, qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Qandax kənd sakini Saatov Vasif Ümüdvar oğludur.
haqqında daha çox məlumat əldə etmək məqsədilə Zaqatala rayonu Qandax kəndinə yollandıq. Şəhidimizin böyük qardaşı Asiflə görüşüb xeyli söhbətləşdik. Şəhidimiz haqqında əldə etdiyimiz məlumatları oxucularımıza da, təqdim edirik: biz ailədə dörd oğlan olmuşuq. Vasif ortancıl uşaq olub. Qardaşım kəndimizin ilk şəhidi oldu. Qandax kənd tam orta məktəbi də, bu gün şəhidin adını daşıyır. Qardaşım haqqında rəsmi məlumatlara gəldikdə isə :-Saatov Vasif Ümüdvar oğlu 1974-cü il avqustun 8-də Zaqatala rayonunun Qandax kəndində anadan olmuşdur. 1981-ci ildə Qandax kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1989-cu ildə isə həmin məktəbin 8-ci sinfini bitirmişdir.
Daha sonra peşə təhsili almaq üçün Qax Peşə məktəbinə oxumağa gedib.
1992-ci ilin noyabr ayında həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak etmişdir. 1993-cü il avqust ayının 17-də şəhid olmuşdur. Qandax kənd qəbirstanlığında dəfn olunmuşdur.
Onun döyüş yoluna gəldikdə isə, o, əvvəlcə Xanlar rayonuna gedib. Orada xüsusi təlim keçdikdən sonra döyüş bölgəsinə gedib. Vasif peşəkar Qranatomyotçu olub.Yaxşı atdığına görə, bir neçə erməni tankları vurduğuna görə dəfələrlə təltif olunub.
Çox cəsur və cəsarətli olub. Dəfələrlə ölümdən qurtarıb, şəhid olan dostlarının nəşini ən çətin yerlərdən çıxarıb.
Vasifin atası Ümüdvar kişi rəhmətə gedib, haqq dünyasındadır. Anası Nəsibə xanım isə sağdır, oğlunun dərdini çəksə də, onun üçün yaşayır.

İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” zamanı bütün şəhidlərimiz kimi Vasif Saatovun da,
qisası alındı, bu gün onun da, ruhu şaddır. Belə ki, uğrunda öldüyü torpaqlarda artıq Azərbaycan əsgəri dayanır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.






















скачать dle 10.6фильмы бесплатно


64

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır
Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb
Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar
Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib
Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb
Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyinə yoluxma ehtimalı müəyyən qədər azdır

Ukraynada müharibədə həlak olan uşaqların sayı 344-ə çatıb

Cüdoçularımız açıq Avropa turnirinin yarımfinalına vəsiqə qazanıblar

Magistraturaya qəbul üçün 5 mindən çox bakalavr ərizəsini təsdiq edib

Ukrayna ruslar üçün vizasız rejim fəaliyyətini dayandırıb

Ukrayna Britaniyadan 425 milyon avro alıb...

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusun oradan könüllü olaraq çıxdığı ilә bağlı bəyanatı “yalan”dır

"Azərbaycan dövləti Avropaya qaz ixracında Rusiyaya rəqib deyil" - MÜSAHİBƏ

Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti simpoziumda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.