İSMAYILLI MEŞƏLƏRİ AZƏRBAYCANIN KOLUMBİYASIDIR?
İsmayıllı adı gələn kimi ilk ağlımıza narkotik gəlməlidir?
Bundan sonra İsmayıllı rayonu kömürü ilə deyil, narkotiki ilə tanınacaq?
ETSN-nin meşələrin inkişafı departamentinin sədri Xalıqverdi Hüseynova birinci sualım budur:niyə bu gün İsmayıllı meşələrindən kütləvi narkotik tapılır. Bəlkə sizin sələfiniz Xıdırov əkdirib? Muxtar müəllim Xıdırovu işdən azad etdi, bunu başa düşürük, səlahiyyət sahibidir, özü bilər. Bəs dəyişən nə oldu?
İsmayıllı adı gələn kimi ilk ağlımıza narkotik gəlməlidir?
Bəlkə məqsəd elə Xıdırovu vəzifəsindən uzaqlaşdırmaq olub?
Bu gün İsmayıllının keçmiş meşə müdiri Əfqan müəllim yoxdur, bəs bu gün bu narkotiki kim əkib?
Demək ki, bütün söz-söhbət Xıdırovu vəzifəsindən uzaqlaşdırmaq idi?
EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ ÖZ SIRALARINA GƏNC KADRLAR ƏVƏZİNƏ YENƏ DƏ “VOYENKOMLARI “ QƏBUL ETMƏKDƏDİR?!
İKİ GÜN ƏVVƏL İSMAYILLI MEŞƏLƏRİNDƏN NÖVBƏTİ DƏFƏ KÜLLİ MİQDARDA NARKOTİKA TAPILIB, AZƏRBAYCAN POLİSİNƏ HALALDIR.
ÇOX HÖRMƏTLİ MUXTAR BABAYEV CƏNABLARI AXI KEÇMİŞ “VOYENKOMLAR” MEŞƏDƏN ANLAYIŞI OLMAYANLARDIR. ONLAR HARADAN BİLSİNLƏR Kİ, NARKOTİKİ MEŞƏDƏ ƏKİRLƏR.
Siz Cənab Prezidentimizə ən sədaqətli kadrlardan sayılırsınız. Odur ki, İkinci Qarabağ savaşı, Vətən Müharibəsi Şəhidlərinin ailələrinə, Qazilərinə, iştirakçılarına daha çox yer verin, qoy işləsinlər, müharibədə çəkdikləri əziyyətin bəhrəsini görsünlər. Dəqiq bilirəm ki, sizdən də, xahiş ediblər və siz də, bu xahişdən keçə bilməmisiniz. Yoxsa meşədən anlayışı olmayanları oraya təyin etməzdiniz. Ancaq təcrübə göstərdi ki, bundan əvvəlki “voyenkomlar” da, özünü ekologiya sahəsində doğrultmadı, çünki bu vəzifələr çox fərqlidir. Biri sırf kabinet işidir, isti otağı sevir, digəri isə çölləri, dağ-daşları sevir, əks təqdirdə meşə yanğınlarının qarşısını almaq mümkün olmayacaqdır.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV ÖZ ÇIXIŞLARINDA DƏFƏLƏRLƏ QEYD EDİR Kİ, “MƏN TAPŞIRIQ VERMİŞƏM Kİ, İŞƏ GÖTÜRƏN ZAMAN İLK NÖVBƏDƏ ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏRİMİZ VƏ MÜHARİBƏ VETERANLARINA ŞƏRAİT YARADIN!”
CƏNAB MUXTAR. BABAYEV PREZİDENTİN DEDİYİ BU SÖZLƏR SİZƏ AİD DEYİL?, BƏLKƏ SƏFƏR ƏBİYEVİN MÜDAFİƏ NAZİRİ OLDUĞU DÖVRLƏRDƏ “VOYENKOM” OLANLARIN MƏLUM OLMAYAN XÜSUSİ XİDMƏTLƏRİ VAR, XALQA AÇIQLANMIR?
Cənab Nazir, aldığımız məlumata görə növbəti dəfə İsmayıllı rayonunda, meşə ərazilərində kütləvi narkotik tapılıb. Bunu bizə yerli sakinlər deyiblər, əlbəttə ki, İsmayıllı polisinə də, ayrıca təşəkkür ediblər. Bu ağsaqqalları, keçmiş hərbiçiləri meşələrə gətirməyinizin məqsədini bilmirəm, ancaq görünən odur ki, hələ ayın 14-də təsdiq edəcəyiniz adamın indidən meşəsindən narkotik tapılır. Bəs bu müdir bir neçə il orada işləsə nə olacaq, 21-ci əsrin kolumbiyası?
Sizi şəxsən tanımasaydım, sizin mədəniyyətinizə, səriştənizə bələd olmasaydım, heç vaxt belə müraciət etməzdim. Hörmətli Muxtar müəllim dəqiq bilirəm ki, 65 yaşı tamam olan işçilərinizi bir gün belə artıq saxlamırsınız, dərhal təqaüdə göndərirsiniz. Bu addımınız ictimaiyyət tərəfindən alqışlanır, ancaq gənc kadrların əvəzinə minlərlə manat təqaüd alan ehtiyyatda olan zabitlərə vəzifə verməyiniz başa düşülən deyildir. Siz Cənab Prezidentimizə ən sədaqətli kadrlarından sayılırsınız. Hər halda bu kənardan elə görsənir.
ÇOX MÜƏMMALIDIR, ÖLKƏDƏ VƏTƏN MÜHARİBƏSİ KEÇMİŞ QAZİLƏRİMİZ, ŞƏHİD AİLƏ ÜZVLƏRİ İŞ TAPA BİLMƏDİYİ HALDA, TƏQAÜDDƏ OLAN KEÇMİŞ HƏRBİ KOMİSSARLAR HANSI KEYFİYYƏTLƏRİNƏ GÖRƏ REGİONAL EKOLOGİYA VƏYAXUDDA MEŞƏ İDARƏLƏRİNƏ RƏHBƏR VƏZİFƏLƏRƏ TƏYİN OLUNURLAR?
ETSN-nin meşələrin inkişafı departamentinin sədri Xalıqverdi Hüseynova birinci sualım budur:niyə bu gün İsmayıllı meşələrindən kütləvi narkotik tapılır. Bəlkə sizin sələfiniz Xıdırov əkdirib? Muxtar müəllim Xıdırovu işdən azad etdi, bunu başa düşürük, səlahiyyət sahibidir, özü bilər. Bəs dəyişən nə oldu?
İsmayıllı adı gələn kimi ilk ağlımıza narkotik gəlməlidir?
Siz bu gün 65 yaşı tamam olan bütün meşə müdirlərini işdən azad edirsiniz. Hansı ki, onlar ən azından meşənin nə olduğunu gözəl bilirlər, ən azından iş təcrübələri var. Bəs hərbidən gələnlər hansı titullarına görə Məntiqlə düz edirsiniz cavan kadrlara yer vermək lazımdır. Bir tərəfdən isə ən azından bir neçə min azn təqaüd alan və ömüründə meşənin nə olduğunu bilməyən bir “pensioner” meşəyə rəhbər təyin edirsiniz? Məntiqlə düz etmirsiniz, elə deyilmi?
Bəlkə bu “Voyenkom vaxtilə Şəki rayon hərbi komissarı olduğuna görə, bu kadrı sizdən ETSN-nin birinci müavini, əslən şəkili Vüqar Kərimov xahiş edib?
Çox maraqlıdır, bəs görəsən niyə keçmiş voyenkomlar, təqaüdə çıxdıqdan sonra orta məktəbdə hərbi vətənpərvərlik dərsi demək əvəzinə meşə idarələrinə rəhbər olmağı üstün tuturlar?!
Ən azından hərbi mundir daşıyan adamdırsa vətənpərvər olmalıdır.
Bu gün heç kim dana bilməz ki, Səfər Əbiyevin Müdafiə Naziri olduğu dövrlərdə, Azərbaycan Respublikası Hərbi komissarlığı mövcud olduğu dövrlərdə birazca imkanı olan valideynlər öz övladlarına hərbi bilet alırdılar. İnanmırsınız hər bir oxucu öz qonum-qonşusuna, kəndçisinə, sinif yoldaşlarına, vəyaxudda imkanlı kişilərin övladlarına nəzər yetirsin. Bu gün də, bu hallar vardır, ancaq faizə baxanda indikilər çox etibarlıdır. Odur ki, bu hərbi komissarlar heç vaxt təhsilə gedib, uşaqlara hərbin sirrlərini öyrətməz. Bu gün Azərbaycan hakimiyyətini xaricdə oturub söyənlərə də, diqqət yetirsək, əksəriyyəti əsgərlikdə olmayıb.
Yaxşı görəsən bu komissarlar niyə məhz ekologiyaya, meşəyə can atırlar?
Bəlkə biz bilmirik, meşələrlə “voyenkomatın” iş prinsipi oxşardır?
Bəs bu gün Şamaxı-İsmayıllıya meşə sahəsinə rəhbər gətirilən Rəsul Quliyev kimdir, onun Şamaxı və İsmayıllı meşələrinə nəzarət etməsini hansı keyfiyyətlərinə görə rəsmiləşdiriblər?
Bundan sonra İsmayıllı rayonu kömürü ilə deyil, narkotiki ilə tanınacaq?
Tarix boyu İsmayıllı kömürü adla deyilib, ismayıllıdakı fıstıq ağaclarının
(əgər fıstıq qalıbdırsa) öz bazarları var. Deməli bizdən əvvəlkilər də, bizdən sonrakılar da, bu meşələrin təbii sərvətlərindən bəhrələnəcəklər və bu da, təbiidir.
Ancaq gör iş nə yerə çatmışdı ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı düşdüyü bataqlıqadan çıxarmaqla məşğul olduğu və xarici siyasətə güc verdiyi halda, rəhbərləri yığıb dedi ki, ağac kəsən elə bil mənim qolumu kəsir.
Həmin vaxtları Ulu öndərin qorxusundan ağac kəsimi bir müddət dayandı. Ancaq ağac bu gün də, kəsilir, məsələn bu gün mən özüm İsmayıllı meşələrindən bir foto çəkiliş etmişəm.
Bu gün İsmayıllının keçmiş meşə müdiri Əfqan müəllim yoxdur, bəs bu gün bu narkotiki kim əkib?
Demək ki, bütün söz-söhbət Xıdırovu vəzifəsindən uzaqlaşdırmaq idi?
Bir dostum mənə maraqlı bir hadisə danışmışdı.
Meşələri gəzərkən narkotik plantasiyalarına rast gəldim və onun məhvinə nail olmaq üçün hətta həyatımı belə riskə atdım. Odur ki, oradan qaçdım.
Bu gün meşələrdə gizlin narkotik əkənlər haqqında polis məlumat alan kimi onları həbs edir, deməli meşələrdə bu gün də, narkotik əkilir?!
Xatırladım ki, bundan əvvəlki rəhbərin də, adı narkotiklə hallanmışdır, ancaq Əfqan müəllim kimsəsiz adam idi. Birdə ki, insafən Əfqan müəllim Allahdan qorxan adam idi, onun narkotiklə heç bir işi ola bilməzdi. Sadəcə düzgün nəzarət edə bilməmişdi. Yaxşı bəs ümumiyyətlə meşə sahəsində işləməyən bir rəhbər bunun öhdəsindən necə gələcək?
Bəlkə yeni rəhbərə Apelyasiya məhkəməsində işləyən qudası kömək edəcək?!
AZƏRBAYCANDA YENƏ DƏ, QUDALAR RƏQSİNİ OYNAYANLAR VARMIŞ….
Onu da, xüsusi vurğulamaq istəyirəm ki, meşələrə rəhbərlik etmək elə də, asan məsələ deyil, çünki bu sahəni bilməsən, çılpaq yerlərdə əkin apara bilməyəcəksən. Qocalmış, xəstə ağaclar əvəzinə İsmayıllı meşələrinin gözü olan fıstıq ağaclarını kütləvi qıraraq, ekoloji terror törədəcəksən. Bəlkə də, mən yanılıram, Rəsul Quliyev meşəçilik ixtisası almasa da, tapılmaz bir kadrdır. Əks təqdirdə onu hansı müsbət keyfiyyətlərinə görə bu vəzifəyə təyin ediblər?
Cənab Nazir, Sizi şəxsən tanımasaydım, sizin mədəniyyətinizə, səriştənizə bələd olmasaydım, heç vaxt belə müraciət etməzdim. Hörmətli Muxtar müəllim dəqiq bilirəm ki, 65 yaşı tamam olan işçilərinizi bir gün belə artıq saxlamırsınız, dərhal təqaüdə göndərirsiniz. Bu addımınız ictimaiyyət tərəfindən alqışlanır, ancaq gənc kadrların əvəzinə minlərlə manat təqaüd alan ehtiyyatda olan zabitlərə vəzifə verməyiniz başa düşülən deyildir.
Siz Cənab Prezidentimizə ən sədaqətli kadrlardan sayılırsınız. Odur ki, İkinci Qarabağ savaşı, Vətən Müharibəsi Şəhidlərinin ailələrinə, Qazilərinə, iştirakçılarına daha çox yer verin, qoy işləsinlər, müharibədə çəkdikləri əziyyətin bəhrəsini görsünlər. Dəqiq bilirəm ki, sizdən də, xahiş ediblər və siz də, bu xahişdən keçə bilməmisiniz. Yoxsa meşədən anlayışı olmayanları oraya təyin etməzdiniz. Ancaq təcrübə göstərdi ki, bundan əvvəlki “voyenkomlar” da, özünü ekologiya sahəsində doğrultmadı, çünki bu vəzifələr çox fərqlidir. Biri sırf kabinet işidir, isti otağı sevir, digəri isə çölləri, dağ-daşları sevir, əks təqdirdə meşə yanğınlarının qarşısını almaq mümkün olmayacaqdır.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
927