"1993-cü ilin yayı təkcə yay fəsli olduğuna görə isti deyildi. 1993-cü ilin iyun ayında Azərbaycanın ölüm və qalım məsələsi həll olunurdu. Ölkədə siyasi vətəndaş müharibəsinin ilk qığılcımları görünür. Digər tərəfdən erməni hərbi birləşmələri bu vəziyyətdən istifadə edərək Azərbaycan torpaqlarını işğal edir, azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirirdi". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, nə yaxşı ki, hakimiyyətdə olan qüvvələr də dərk etdilər ki, ölkəni bu ağır fəlakətdən vətəndaş müharibəsindən qurtara bilən şəxs Ümummilli Lider Heydər Əliyevdir: "Ona görə də hökumət, dövlət rəhbərliyi sadə xalqın tələbini nəzərə alaraq Ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdilər. Təbii ki, Heydər Əliyevin Bakıya gəlişi sadə məsələ deyildi. Heydər Əliyev özü də başa düşürdü ki, Naxçıvanda olan çətinlikləri arxada qoydu, xalqı öz ətrafına toplaya bildi, Naxçıvanın blokada günlərində erməni hərbi birləşmələrinə qarşı Naxçıvanı qoruyub saxlaya bildi. Dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi ilə bu çətin günlər arxada qaldı. Sürət Hüseynovun qiyamçı dəstələri biraz daha sakitləşdi. Azərbaycanda siyasi hakimiyyətdə olan qüvvələr istefaya getdilər. Heydər Əliyev ölkəni qoruyub-saxlamaq üçün əlindən gələni edib".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 1993-cü ilin 9 iyun tarixində Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi: "Daha sonra isə O, Gəncəyə gedərək oradakı vəziyyəti öyrəndi. Yenidən Bakıya qayıdaraq ölkədəki ağır vəziyyəti aradan qaldırmaq üçün əvvəlcə Ali Sovetin sədri seçildi. Daha sonra isə Əbülfəz Elçibəy heç kimə demədən hakimiyyəti tərk edib. Naxçıvana getdikdən sonra Ulu öndər Heydər Əliyev prezident səlahiyyətini öz üzərinə götürdü. Beləliklə addım-addım ölkədə olan çətinlikləri aradan qaldırdı, qonşu dövlətlərlə münasibətləri səmimiləşdirdi. Bir sözlə, balanslaşdırılmış siyasəti uğurla həyata keçirdi və 1993-cü ilin oktyabr ayında ölkənin prezidenti seçildi.
15 iyun Azərbaycan tarixində Qurtuluş Günüdür. Azərbaycanla bağlı xarici dövlətlərin planlarının alt-üst olan günüdür".
Arzu Qurbanlı
159