"Təəssüflər olsin ki, bir çox siyasətçilər, siyasi partiyalar, siyasi bloggerlər, fəallar, ümumiyyətlə, müxalif təbəqə qeyri-adekvat yollarla etirazını çadırır". Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, bu qeyri–adekvat yollar, qruplaşma, təbəqələşmə qanuna ziddir. Qanunanlarla ziddiyət təşkil edildikdə hüquq müdafiə orqanları bu məsələlərə qarışırlar: "Bu da məsələnin məcrasının dəyişməsinə səbəb olur. Buna siyasi don geyindirilir. Düşünürəm ki, bu doğru yanaşma deyil. Cəmiyyətdə qarşıdurmanı dərinləşdirməyə ehtiyac yoxdur. İndi Azərbaycan elə bir vəziyyətdədir ki, qonşularımız arasında sıxılırıq. Həm də Qarabağ məsələsi hələli tam həll olunmayıb. Ermənistan Azərbaycana qarşı qərəzini davam etdirir. Azərbaycanda xaos yaratmaq istəyən qüvvələr var ki, onlar bizim çölə çıxmağımızı istəmirlər. Bu baxımdan bu gün Azərbaycanda problemlərin həlli üçün ən məqbul yol danışıqlardır, müzakirələrdir. Çünki biz onu görürük ki, başqa metodlarla aparılan mübarizənin nəticəsi olmur. Bu gün bir çox məsələlər ictimailəşdirilir və o ictimailəşəndən sonra düşünürük ki, bu məsələ həllini tapacaq. Həlli xalqımızın xeyrinə olan məsələlərə siyasi don geyindirməyə çalışırlar. Elə ki, buna siyasi don geyindirilidi, bu məsələnin həlli mümkün olmur və bunun da ziyanın insanlar çəkir. Ona görə də hər bir məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Siyasətçilər klassik anlamda siyasətlə məşğul olmalıdır və konkret təklif və tövsiyyələrini verməlidir. Amma hər şeyi pisləmək, hər şeyə siyasi don geyindirib onun həlli yollarının da əngəlləmək cəmiyyətimizin xeyrinə deyil. Bu siyasi avantüra abu-havası yaradır. Həm də real məsələlirin həllini də əngəlləyir. Bu baxımdan Azərbaycanda bu cür siyasətin aparılmasının əleyhinəyəm. Düşünürəm ki, biz Azərbaycanda addım-addım siyasi mədəniyyəti formalaşdırmalıyıq. Siyasi partiyalar da, siyasətçilər də bu mühitin formalaşmasına öz tövhələrini verməlidirlər. Azərbaycan naminə, xalq naminə, dövlətçilik və suverenlik naminə”.
Müəllif: Abutel İlhamqızı
225