“Qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoydu və bu əlavələr daha da inkişaf etdi”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasət nəticəsində iki ölkə əlaqələri öz tarixinin ən şanlı, ən şərəfli və ən güclü dövrlərini yaşayır. Şuşa Bəyannaməsi həm Azərbaycanın, həm də Türkiyənin təhlükəsizliyinin təmin olunmasıba yönəlmiş bir addımdır. Xüsusilə də Azərbaycana zaman-zaman olan təhdidlərin qarşısının alınmasında, Azərbaycanın Qarabağda əldə etdiyi Zəfərin gücləndirilməsində Şuşa Bəyannaməsi xüsusi rol oynayır. Bu bəyannamə ilə bütün dünya bildi ki, Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlərlə inkişaf edir və bu gün ölkələr arası münasibətlər hər zamankı kimi yüksəkdir və Azərbaycan hər zamab bu əlaqələrin inkişafında maraqlı olub. Bu gün də Şuşa Bəyannaməsinin bir ili tamam olur. Bu böyük uğurdur, böyük inkişaf yoludur. Həmçinin bu tədbirib 1 illiyinin Şuşada keçirilməsi də xüsusi əhəmiyyətə malikdir. İki ölkənin dost və qardaş olduğunu göstərib. Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır”.
Müəllif: Abutel İlhamqızı
160