• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

21-05-2024, 16:00 | Baxılıb: 230
“Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
Diaspor info xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Laziz Kudratov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, qeyd etdi ki, Özbəkistan Prezidenti ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirir. Qonaq vurğuladı ki, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda sevinclə qarşılanır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndiyini, iqtisadiyyatımızın dinamik şəkildə inkişaf etdiyini, investisiyaların həcminin artdığını deyən Laziz Kudratov bildirdi ki, Azərbaycan qlobal çağırışlara baxmayaraq inflyasiyanı saxlamağa uğurla müvəffəq olub.

Qonaq, eyni zamanda, vurğuladı ki, işğal olunmuş ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə qaytarılması və tarixi ədalətin bərpa olunması təkcə Azərbaycanın deyil, bütün türk dövlətlərinin tarixində mühüm hadisə olmuşdur. Nazir qeyd etdi ki, Özbəkistanda bu tarixi hadisə böyük sevinclə qarşılanmışdır. O, əməkdaşlığımızın möhkəmlənməsinə yönəlmiş təşəbbüslərin reallaşması işinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.Prezident İlham Əliyev Şavkat Mirziyoyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Özbəkistan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf prosesləri Azərbaycanda böyük maraqla izlənilir. Özbəkistan Prezidentinin iqtisadi islahatlar, sosial və digər bütün sahələrin inkişafına yönəlmiş siyasəti konkret nəticələr verir. Prezident İlham Əliyev Özbəkistana səfərini məmnunluqla xatırlayaraq səfər zamanı bu ölkənin sənaye potensialı və tarixi-mədəni irsin qorunması ilə bağlı məsələlərin uğurla həll edilməsinin şahidi olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın inkişafı ilə bağlı qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev xüsusi olaraq Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Şavkat Mirziyoyev ilə Füzuli və Şuşa şəhərlərinə səfərlərinə də toxunaraq Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışının da rəmzi xarakter daşıdığını dedi.

Prezident İlham Əliyev Laziz Kudratovun ölkəmizə səfərinin iqtisadi əməkdaşlığın möhkəmlənməsi ilə bağlı layihələrin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını vurğuladı.скачать dle 10.6фильмы бесплатно


230

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.