Azərbaycanın dövlətçilik tarixində “Milli Qurtuluş” anlayışı ulu öndərimiz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. “Milli Qurtuluş” dedikdə, 2 tarixi dövrü və həmin tarixi dövrlərdə Heydər Əliyev şəxsiyyətinin rolunu və onun müstəqil Azərbaycan dövlətinin yaradılmasındakı əvəzsiz xidmətlərinin üzərində dayanmalıyıq.
Heydər Əliyev müasiri olduğumuz Azərbaycan dövlətini iki tarixi mərhələdə ;
Birinci – “ilkin mərhələ” 1969-1987-ci illərdə
İkinci – “yetkin mərhələ” 1993-2009-cu illərdə qurdu və yaratdı.
Hər iki mərhələdə Ulu Öndər Heydər Əliyev mərhələlərin mahiyyətinə, dövlət quruculuğuna və beynəlxalq hüquqa münasibətdə qanunu bazaların və hüquqi əsasların yaradılması işini təşkil etdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1978-ci ilin aprelində Azərbaycan SSRİ-in, mayında isə Naxçıvan MSSR-in yeni konstitusiyasıqəbul edildi. Həmin Konstitusiyada dövlət dili - Azərbaycan dili oldu. Ona görə də, biz dövlət quruculuğunda həmin dövrü ilkin mərhələ adlandırırıq. Azərbaycanda dövlət quruculuğunun ikinci mərhələsi 91 nəfər ziyalının 1992-ci il oktyabr 16-da “Səs” qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevdən böyük siyasətə gəlməsinin xahiş edilməsi ilə başladı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsilə qəbul olundu. Bununla da, müstəqil Azərbaycan dövlətinin qurulmasının və inkişafının ikinci mərhələsi başladı. Bununla da, Azərbaycan Cəmiyyətinin sosial-iqtisadi, sosail-siyasi, bir sözlə cəmiyyətin bütün sferalarında, ən əsası isə hüquqi sferada konstitusiyaya uyğun olaraq yeni inkişaf mərhələsi başladı.
-1998-ci ildə şərqdə müsəlman ölkələri arasında ilk dəfə Azərbaycanda ölüm cəzası tamamilə ləğv edildi.
-1998-ci ildə Konstitusiya Məhkəməsi yaradıldı.
Azərbaycan Respublikasının yeni konstitusiyasına uyğun olaraq, bütün hüquq-mühafizə orqanlarında, o cümlədən Ədliyyə Nazirliyində ciddi islahatlar həyata keçirildi. Bununla da, ölkənin hüquqi bazası tam formalaşdı və inkişaf etdi. Azərbaycan müstəqil dövlət olaraq Beynəlxalq münasibətlərin qurulması və dünya dövlətləri ilə dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək üçün çox saylı ölkələrlə hüquqi bazaların yaradılması üçün beynəlxalq müqavilələrə, sazişlərə imza atdı. Azərbaycan suveren torpaqlarının erməni işğalı altında olması barədə həqiqətləri dünya xalqlarına və beynəlxalq təşkilatlara çatdırılmasında diplomatik siyasət həyata keçirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və Yunanıstanın neft şirkətlərinin daxil olduğu Konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının birgə işləməsi haqqında tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olan saziş imzalandı. Bununla da, Azərbaycan dünya düzənində özünün 1920-ci ildə itirilmiş müstəqilliyini ulu öndər Heydər Əliyevin rəhbərliyi və düzgün siyasəti əsasında bərpa edildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Dövlətçilik tarixindəki əvəzsiz xidmətlərini nəzərə alaraq, sənətkarlarımız və şairlərimiz ona çoxsaylı mahnılar bəstələmiş və şeirlər yazmışlar. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub özünün “ədəbiyyat dastanında” yazırdı;
Ey ulu öndərin ulu dünyası,
Sən mənim xəzinəm, var-dövlətimsən.
Bərəkət qaynadan suyum, torpağım,
İşıqlar yandıran məhəbbətimsən.
Göy kimi möhtəşəm, dağ kimi çətin,
Səni haqq yolundan döndərmək çətin,
Canlı heykəlisən ədəbiyyatın,
Səngərim, silahım, qətiyyətimsən.
Şərəf də səndədi, şöhrət də səndə,
Hikmət də səndədi, qüdrət də səndə
Millət də səndədi, dövlət də səndə,
Sən mənim xalqımsan, məmləkətimsən!
Qarayev Babək Faiq oğlu
I-ci dərəcəli ədliyyə qulluqçusu