“Azərbaycan Amerika Birləşmiş Ştatları üçün çox etibarlı tərəfdaş kimi uzun illərdir ki, əməkdaşlıq edir”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik sahəsində ABŞ-a dəfələrlə böyük dəstək verib: “Azərbaycanın hayata keçirdiyi enerji layihələri Amerikanın müttəfiqlərinin enerji təhlükəsizliyi üçün böyük önəm daşıyır. Qlobal nəqliyyat sistemlərinin formalaşmağı Amerikanın maraqlarına uyğundur. Düşünürəm ki, Qarabağın bərpası üçün ABŞ-dan gələn müasir texnologiyalara və investisiyalara ehtiyac var. Azərbaycanın ABŞ-la əlaqələri gələcək mərhələlərdə daha da genişlənəcək. Azərbaycanın ABŞ-la münasibətləri çoxşaxəli xarakter daşıyır. Azərbaycan bölgədə sülh və sabitlik yaratmaq üçün postmüharibə dövründə regionda geniş əməkdaşlıq sistemi formalaşdırıb. Ətraf mühitin qorunması üçün yaşıl enerji sistemlərinin genişləndirilməsi üçün də əməkdaşlıq inkişaf etdirilir”.
Müəllif: Abutel İlhamqızı
169