"Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Beynəlxalq münasibətlər sistemində yürüdülən siyasət nəticəsində ölkəmiz dünyanın ən nüfuzlu və hörmətlə yanaşılan ölkələrindən birinə çevrilib. Xüsusən də 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi zəfərdən sonra ölkəmizin nüfuzu dünyada günbəgün artmaqdadır". Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman sülh və əməkdaşlıq münasibətlərini davam etdirmək istəyən bir ölkədir: "Bu baxımdan da Azərbaycanın sözü və imzası bir olduğu üçün, etibarlı bir ölkə olduğu üçün bu gün Azərbaycana çox hörmətlə yanaşılır. Azərbaycanla əməkdaşlıq etmək istəyəm ölkələrin sayı günbəgün artır. Digər bir tərəfdən bütün bu işlərin kökündə Azərbaycan Prezidentinin şəxsiyyəti dayanır ki, Azərbaycan Prezidenti dünya prezidentləri arasında ən nüfüzlü, hörmətli liderlərdən biridir".
Deputat həmçinin onu da qeyd edib ki, ölkəmizdə keçirilən tədbirlər, forumlar bir daha onu göstərir ki, Azərbaycan bu gün siyasi-diplomatik bir mərkəzə çevrilib: "Azərbaycanla İsrail arasında münasibətlər çox yüksək səviyyədə qurulmuşdur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və Azərbaycanda ən böyük yahudi icması fəaliyyət göstərir. digər tərəfdən İsraillə Azərbaycan arasında siyasi, iqtisadi, səhiyyə və digər sahələr üzrə uzunmüddətli əməkdaşlıqlar mövcuddur. Eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycanla İsrail arasında imzalanmış hərbi müqavilələrə əsasən İsraildən alınmış ən müasir silahların, puaların fəaliyyətini də gördük. Bir sözlə Azərbaycan və İsrail arasında münasibətlər yüksələn dinamika üzrə inkişaf edir.
Eyni zamanda Azərbaycan Xorvatiya münasibətləri çox yüksək səviyyədə qurulmuşdur və Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanmışdır. həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirlən iclaslarında Xorvatiya hər zaman ən yüksək səviyyədə iştirak etmişdir".
Müəllif: Abutel İlhamqızı
172