ASAYİŞ KEŞİKÇİLƏRİNİN PEŞƏ BAYRAMINA SAYILI GÜNLƏR QALDI.
BAŞDA DİN RƏHBƏRİ VİLAYƏT EYVAZOV OLMAQLA YANAŞI BÜTÜN POLİSLƏRİMİZİ QARŞIDAN GƏLƏN PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK.
Qarşıdan hər bir vətəndaşın, asayişin və sabitliyin keşiyində dayanan polislərimizin peşə bayramı gəlir. Belə ki, 24 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün, yəni 2-si iyul “Azərbaycan Polisi Günü” elan edilmişdir.
Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir. Bu gün azərbaycan polisi daha müasir formada xidmət aparır. Məsələn, paytaxt Bakı şəhərinin küçələrində PPX işçiləri arasında xanım polislərimizə rast gəlmək adi hala çevrilib. Bundan əlavə turistlərlə xarici dildə danışmağı bacaran polislərimiz də, az deyildir. Azərbaycan Respublikası Daxili İşlər Naziri Vilayət Eyvazovun apardığı islahatlar bu quruma daha da, nüfuz gətirib.
Bu gün bölgələrdə də, cənab nazirin tapşırığı ilə polis öz xidmətini daha müasir formada davam etdirir. Balakən rayon polis şöbəsi də, bu barədə nazirliyin etimadını doğruldur, desək, yanılmarıq. Balakən RPŞ-nin rəisi Çingiz Aslanov təyinatını aldığı gündən yerlərdə polis adına ləkə gətirən heç bir işin görülməsinə imkan verməyib. Əksinə, şöbə və bölmələrin binasından başlamış, xidmət yerlərində yalnız nümunəvi xidmət, cinayətkarlıqla barışmaz mövqe tutaraq öz işini peşəkarcasına qura bilmişdir.
Daxili İşlər Naziri Vilayət Eyvazovun narkotiklərə qarşı necə amansız olduğu Balakən rayonunun timsalında da, açıq-aydın görünür. Belə ki, Balakən RPŞ-nin son bir neçə ayda keçirdiyi uğurlu əməliyyatlar bunu deməyə əsas verir.
Bundan əlavə Cənab Prezidentin və Cənab Nazirin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı, Balakən RPŞ-nin timsalında da, hiss olunur. Balakən polisi təkcə şəhid ailələrinə deyil, qazi və müharibə iştirakçılarına da, xüsusi diqqətlə yanaşır. Buna Balakən RPŞ-nin rəis müavini Elxan Zamanovun bu təbəqədən olan ailələri qəbul edərkən özümüz də, şahid olduq.
Bu gün Balakən RPŞ-si, YPX-nin rəisi İlkin Hümbətovun da, xidməti göz qabağındadır. Belə ki, bəzi rayonlardan fərqli olaraq, arxası asfalta dəyən minik avtomobillərinə ümumiyyətlə rast gəlinmir. Bütün bunlara nail olmaq üçün böyük və işgüzar komandaya sahib olmaq lazımdır ki, Balakən RPŞ-nin rəisi Çingiz Aslanov buna nail olub. Onlar öz nazirliklərinə və cənab nazirə, dövlət və dövlətçiliyə sədaqətlərini əməli işləri ilə sübut edirlər.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.