ASAYİŞ KEŞİKÇİLƏRİ PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
ZAQATALA POLİS İŞÇİLƏRİNİN HƏR BİRİNİN PEŞƏ BAYRAMINI TƏBRİK EDİRİK.
Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”
ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEV.
Iki iyul Azərbaycanda asayiş keşikçiləri öz peşə bayramlarını qeyd edirlər. Polis deyərkən, bu gün ilk ağlımıza gələn asayiş keşikçisi olur. Bəli, sözün hər mənasında Azərbaycan polisi asayiş keşikçisidir. Azərbaycan xalqı da, dövləti də, həmişə öz polisinə hörmətlə yanaşıb. Təsadüfi deyil ki, Xalqımız yenicə müstəqilliyini əldə edən zaman xain qonşumuz tərəfindən zorla müharibəyə sürüklənən vaxtı da, polislər ilk döyüşə gedənlər arasında oldular. Daha sonra Daxili İşlər Nazirliyinin tərkibində Xüsusi Təyinatlılar da, yarandı ki, onların düşmənə qarşı necə cəsarətlə döyüşməsi danılmaz faktdır. Bununla yanaşı tam milli ordumuz olmadığına görə polislər də, milli ordunun əsgərləriylə çiyin-çiyinə döyüşdülər. Azərbaycan polisinin müstəsna xidmətləri xalqımızla yanaşı, onun dövləti və Dövlət başçısı tərəfindən də, daima qiymətləndirilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev Prezident olduğu zamanlarda Polisimizin peşə bayramlarında şəxsən iştirak etdiyi vaxtlar da, olub. Belə ki, Daxili İşlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev, 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək, xidməti fəaliyyətlə bağlı öz dəyərli fikirlərini söyləmişdi. Həmin tədbirdə çıxış edən Ümummilli Lider eyni zamanda, nöqsanları da, göstərib öz tövsiyələrini vermişdi. Tədbirdəki çıxışını isə bu sözlərlə bitirmişdi: “Daxili İşlər Nazirliyi, polis, Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Bəli, bu gün Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev də, Azərbaycan Daxili İşlər nazirliyinin bütün işçilərinə inanır, etibar edir. Prezidentimizin son təyinatı olan Azərbaycan Respublikasının Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov təyin olduğu gündən rəhbərlik etdiyi sahədə daha ciddi islahatlar aparmağa başladı. Bu gün Azərbaycanın bütün yerlərində günün istənilən saatında insanlar öz ailələri ilə sərbəst gəzir, maşınlarının qapılarını bağlamağa ehtiyac da, duymur. Belə ki, polisimizin ayıq-sayıqlığı təkcə paytaxt Bakı şəhərində deyil, bütün bölgələrdə eynidir. Zaqatala RPŞ-si də, Cənab nazirin etimadını doğruldur desək, yanılmarıq. Bu gün həssas təbəqədən olan şəhid ailələri, qazi və veteranlarımız Zaqatala polisindən çox razılıq edirlər. Belə ki, Polis Polkovniki Vəfadar Orucov Zaqatala RPŞ-nin rəisi təyin olunduğu gündən şəhid qardaşı, qazi və veteranlara xüsusi diqqət ayıraraq, onların içərisindən xeyli gəncimizi polis orqanlarına işə götürüb. Əlbəttə ki, Vəfadar müəllim Cənab Nazirin, Vilayət Eyvazovun tapşırığına əsasən bu təbəqədən olan insanları xüsusi olaraq, diqqətdə saxlayır. Bu da, dolayısıyla öz nazirinə, dövlətinə və onun rəhbərinə sədaqətdən irəli gəlir.
Bu gün Zaqatala polisi deyərkən ilk ağlımıza gələn, pandemiyada sutkalarla ayağından çəkməsi çıxmayan, ancaq bütün bu əziyyətlərə baxmayaraq, öz qürurunu, nüfuzunu qoruyan polis nəfəri olur. Asayiş baxımından isə, Zaqatala polisi cinayətkarlığa qarşı çox ciddi və amansız olduğunu əməli işləri ilə sübut edirlər.
Əziz Polislərimiz, çox hörmətli asayiş keşikçiləri, Sizi peşə bayramı münasibəti ilə, başda Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov olmaqla, Zaqatala və bütün respublika polislərini ürəkdən təbrik edirik, işlərinizdə sizə müvəffəqiyyətlər arzulayırıq.
Əlmaniz ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
420