Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan Diaspor info-ya bildiriblər ki, iyunun 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1273 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 2723,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
159