ANADOLU HOSPİTALIN RƏHBƏRİ ALPER MÖVLUT CEYLAN İKİ QARDAŞ ÖLKƏNİN DOSTLUĞUNA KÖLGƏ SALA BİLƏRMİ?!
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə hamının çox sevdiyi, dövlət başçımızla qardaşlıq münasibəti olan türk dünyasının liderini – Türkiyə Prezidentini qəsdən təhqir etməkdə, onunla bağlı böhtan məlumatlar yaymaqda ittiham olunan birinin Azərbaycanda nə işi var?, bəlkə buna şərait yaradanlar iki qardaş ölkə liderlərinin dostluğuna kölgə salmağa çalışırlar?”
VƏTƏNDAŞLARIN DİLİ İLƏ DESƏK İNSANLARI İŞƏ DÜZƏLTMƏK ADIYLA ALDADARAQ, XEYLİ PULUNU ALIB VƏ ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞDIĞI DEYİLƏN KLİNİKA RƏHBƏRİ İLƏ AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ, TƏBİB, HÜQUQ-MÜHAFİZƏ ORQANLARI VƏ DİGƏR AİDİYYATİ NAZİRLİKLƏR NƏDƏN MARAQLANMIRLAR?
KLİNİKANIN İNSTAQRAM SƏHİFƏSİNDƏN BİZƏ AÇIQLAMA GƏLDİ Kİ, BİZİM LİSENZİYAMIZ ARTIQ ALINIB. YƏNİ ÖZLƏRİ DƏ, TƏSDİQ EDİRLƏR Kİ, BU GÜNƏ KİMİ LİSENZİYASIZ İŞLƏYİRDİK.
SƏHİYYƏ NAZİRLİYİNƏ VERDİYİMİZ SORĞUYA CAVAB DA GƏLDİ Kİ, ÖZƏL TİBB MÜƏSSİSƏLƏRİNƏ NƏZARƏT BİZDƏ DEYİLDİR.
ÇOX GÜLMƏLİDİR, SƏHİYYƏ NAZİRLİYİNİN NƏZARƏTİNDƏ DEYİL, TƏBİB MARAQLANMIR, DEMƏK Kİ, GÖZLƏYİRLƏR HADİSƏ OLSUN?!
PREZİDENT İLHAM ƏLİYEV ÖZ ÇIXIŞLARINDA ÖZƏL SAHƏDƏ ÇALIŞAN, BİZNESLƏ MƏŞĞUL OLANLARA QARŞI SÜNİ MANEƏLƏR YARATMAMAĞI TAPŞIRIB, HƏTTA BİR ÇOX YOXLAMALARI BİR NEÇƏ İLLİK QADAĞAN DA, EDİB. ANCAQ BU O DEMƏK DEYİLDİR Kİ, BUNDAN SUİ-İSTİFADƏ EDƏRƏK, ÖZƏL SEKTORDA QANUNSUZLUQLARA ƏL ATILMALIDIR. ÜMİD EDİRİK Kİ, TƏQDİM EDƏCƏYİMİZ SƏNƏDLƏR DÖVLƏTİMİZİN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINI FAKTLA BAĞLI HƏRƏKƏTƏ KEÇMƏSİNƏ VƏSİLƏ OLACAQDIR.
TƏBİBDƏN DƏ CAVAB GƏLDİ. ONLAR DA SƏHİYYƏ NAZİRLİYİ KİMİ DEYİRLƏR Kİ BİZİM TABELİYİMİZDƏ DEYİL. MARAQLIDIR BƏS KİMİN TABELİYİNDƏDİR??
Belə ki, bu günlərdə “AzPolitika.info” saytında bir yazı diqqətimizi çəkdi və Diaspor.info saytı olaraq, məsələnin nə qədər ciddi olduğunu əldə rəhbər tutub sözügedən məsələni araşdırmağa başladıq. Sözügedən saytda “Lisenziyası olmayan klinika üçün “açılış” konserti... – Və ya Mingəçevirdə nə baş verir?” başlıqlı yazıya baxanda istər-istəməz düşünürsənki məgər Azərbaycanda tibb sahəsinə bu qədər diqqət zəifdir? Araşdırmalarımız zamanı məlum oldu ki, mətbuatda adı hallanan Türkiyə vətəndaşı Alper Mövlut Ceylan Azərbaycanda, Nur şəhəri olan Mingəçevirdə özəl klinika açmaq istəyir. Məqalədən belə başa düşmək olur ki, artıq klinika işləyir.
Biz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, TƏBİB-ə və dövlətimizin hüquq-mühafizə orqanlarına müraciət edir, məsələnin ciddiliyini nəzərə alaraq, araşdırılmasını xahiş edirik. Məgər biz gözləməliyik ki, hansısa orqan alverçiliyi ortaya çıxsın? Əgər bir insanın haqqında ittiham aktı vardırsa, işi hələ də, məhkəmədədirsə ona öz canını necə etibar etmək olar? Bəlkə elə bu xarici vətəndaş, əlbəttə ki, qardaş ölkənin vətəndaşı olsa belə, elə doğrudan da, cinayətkardır?
Bunu təkzib edən bir sənədimiz varmı? Kim deyər ki, sabah müqaviləsi rəsmiləşməyən tibb işçilərinin adına banklardan kredit götürüb, digər ölkəyə qaçmayacaqlar?! Dələduzluq edənlərin vətəni olmur, onlar sadəcə özlərinin təsiri altına düşə biləcək yem axtarırlar, vəssalam!
Bu müddətdə Türkiyədə haqqında başlanmış cinayət işinin məhkəmə araşdırması davam etdirilib. Onunla bağlı Türk Cəza Qanununun 125/1-3.a və 53/1 maddələri üzrə ittiham aktı tamamlanıb. Ancaq Alper Ceylan Azərbaycanda olduğundan onu məhkəməyə cəlb edərək prosesə başlamaq, haqqında hökm vermək mümkün olmayıb. Alper Ceylanın Azərbaycanda olduğu müəyyənləşdirildikdən sonra Kocaeli şəhəri 6-cı Ağır Cinayət Məhkəməsi tərəfindən onunla bağlı ötən ilin dekabr ayında
Azərbaycanın
ədliyyə orqanlarına vəsatət məktubu göndərilib. Məktubda Alper Ceylanın hansı cinayətdə təqsirləndirildiyi və barəsində hansı hüquqi işlərin həyata keçirilməli olduğu vurğulanır. Məhkəmə prosesinin başa çatması üçün, təqsirləndirilən şəxs kimi onun izahatının alınmasına ehtiyac olduğu, lazım gələrsə, məcburi şəkildə səlahiyyətli ədliyyə orqanına gətirilərək dindirilməsi xahiş olunur. Azərbaycanın ədliyyə orqanlarının bu xahişə nə cavab verdikləri, Alpər Ceylanla bağlı müvafiq hüquqi prosedurların yerinə yetirilib-yetirilmədiyi ilə bağlı hələlik məlumat ala bilməmişik. Ancaq Mingəçevirdəın saytımıza bir sıra yeni məlumatlar verilib. İlk olaraq
Alper Mövlut Ceylanın iş adamı olmadığına diqqət çəkilərək, kifayət qədər böyük miqdarda vəsait tələb edən tibbi klinika aça biləcəyinə ehtimal verilmir. “İddia etdikləri kimi, “Qadın və uşaq xəstəlikləri mərkəzi” kimi fəaliyyət göstərəcək bir klinikanı açmaqdan ötrü dəyəri 100 minlərlə manat olan aparatlar, avadanlıqlar alınmalıdır. Bu yaxınlara qədər klinikaların birində texniki işçi kimi fəaliyyət göstərən, məlum səbəblərdən Türkiyəyə gedə bilməyən Alper Ceylanın belə böyük məbləğdə vəsaitə malik olması inandırıcı deyil” – deyə, saytımıza verilən məlumatda bildirilir. Qeyd edək ki, klinika açmaq adı ilə Mingəçevir şəhərinin girişindəki yolun arxa hissəsində yerləşən köhnə Turizm Kollecinin binasını icarəyə götürən Alper Ceylanın vəsaiti Mingəçevir şəhər sakinlərindən topladığı iddia olunur. Belə ki, onun bir müddətdir ki, müxtəlif vəzifələr, iş imkanı vəd edərək, klinikanı açmaq üçün xeyli sayda şəhər sakinindən pul aldığı bildirilir. "Ancaq klinika rəsmi olaraq fəaliyyət göstərmədiyindən həmin insanlarla əmək müqaviləsi bağlanmır. Hətta həmin insanlara 8 həftə sınaq müddətində olduqlarının deyilir" - deyə, saytımıza verilən məlumatda bildirilir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmizdə hamının çox sevdiyi, dövlət başçımızla qardaşlıq münasibəti olan türk dünyasının liderini – Türkiyə Prezidentini qəsdən təhqir etməkdə, onunla bağlı böhtan məlumatlar yaymaqda ittiham olunan birinin Azərbaycanda nə işi var?, bəlkə buna şərait yaradanlar iki qardaş ölkə liderlərinin dostluğuna kölgə salmağa çalışırlar?
Məsələnin cidiliyini nəzərə alaraq, diqqətimizdə saxlayacağıq və aldığımız yeni məlumatları oxucularımızın diqqətinə çatdıracağıq.
Diaspor.info
Mingəçevir.
343