Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və onlarla adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.44 günlük vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü ugrunda şücaət və qəhrəmanlıqlar göstərərək canından keçən şəhidlərimizin ailələrinə hər cür dəstəyini əsirgəməyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva döyüşlərdə yaralanıb və sağlamlıqlarını itirən qazilərimizidə unutmadı. Bakının Buzovna qəsəbəsində, Xəzər dənizinin səfalı sahilində yerləşən, müasir standartlarla tikilmiş, ən son texnologiya ilə təchiz edilmiş, savadlı və peşəkar tibb heyyəti ilə təmin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzi Publik Hüquqi Şəxsi 14 noyabr 2020-ci il tarixindən qazilərimizin, şəhid övladlarının, həyat yoldaşlarının və valideynlərinin tam reabilitasiyası üçün sanator-kurort və bərpa-müalicələrini təmin etmək məqsədi ilə istifadəyə verildi. Bu xidmətlər hal-hazırda da, Mərkəz tərəfindən göstərilir.
Vətəndaş olmasa boş şeydir Vətən!
Beş günlük, on günlük güney qarıdır.
Vətən məfhumunun özəyindəki
Vətənin vüqarlı oğullarıdır! (Xəlil Rza Ulutürk)
Fəaliyyəti dövründə mərkəz, bu günə qədər 1500-dən çox qazinin sağlamlığına qovuşmasında yardımçı olub və bu şərəfli xidməti davam etdirməkdədir.
Unudulmaz el yolunda canı qurban olanlar;
Vətən mülkü abad yaşar vəfadarı görəndə. (Səməd Vurğun)
Azərbaycan Dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru