• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!

7-01-2023, 09:30 | Baxılıb: 1 401
“ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!

ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!

PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI SOSİAL SİYASƏTİN ƏKSİNƏ XİDMƏT EDƏN DEPUTATLARIMIZ VAR?


ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!
PREZİDENT ÖZ ÇIXIŞLARINDA XÜSUSİ VURĞULAYIR Kİ, MƏMUR XALQIN QULLUQÇUSUDUR. BƏS BU SÖZLƏR MİLLİ MƏCLİSİN DEPUTATI ELŞƏN MUSAYEVƏ AİD DEYİL? MƏNTİQLƏ BAXANDA DEPUTATIN BİLAVASİTƏ BORCUDUR Kİ, ÖZ SEÇİCİSİ İLƏ GÖRÜŞÜB, ONU DİNLƏSİN, QALDIRDIĞI PROBLEMLƏRİ HƏLLİNDƏ ONLARA DƏSTƏK OLSUN. ELŞƏN MUSAYEV İLHAM ƏLİYEVİN APARDIĞI BU SİYASƏTƏ QARŞIDIR?!


VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ VALİDEYNLƏRİ DEPUTATDAN NİYƏ NARAZILIQ EDİRLƏR?!, ADLI BAŞLIQLA YAZILAN MƏQALƏYƏ FECOBOOK SOSİAL ŞƏBƏKƏSİNDƏ ÇOX CİDDİ TƏNQİD DOLU RƏYLƏR YAZILDI.

DEPUTAT ELŞƏN MUSAYEV SEÇİCİLƏRİNİN TƏNQİDLƏRİNƏ MƏHƏL QOYMAMAQLA NƏ DEMƏK İSTƏYİR, BİR DAHA ZAQATALADAN SEÇİLMƏYƏCƏK?

ALİ BAŞ KOMANDAN PREZİDENT İLHAM ƏLİYEVİN SƏNGƏRDƏ ŞƏXSƏN TƏLTİF ETDİYİ XTQ ZABİTİ ŞƏHİD İSMAYIL SƏMƏDOVUN VALİDEYNLƏRİ ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEVLƏ İKİ İLDİR Kİ, NİYƏ GÖRÜŞƏ BİLMİRLƏR?!

Bir neçə gün bundan əvvəl Zaqatala rayonundan (110-saylı dairədən) seçilən deputat Elşən Musayevin digər həmkarlarından fərqli olaraq öz seçiciləri ilə görüşlərin keçirməməsi haqqında, hətta Vətən Müharibəsi Qəhrəmanının valideynlərinin ona edilən zənglərini yalan vədlər verərək, başından etməsi barəsində məqalə yazmışdıq. Məqaləmiz sosial şəbəkələrdə çox ciddi qınağa tuş gəldi. Elə seçicilər vardır ki, hətta təhqir etməkdən belə çəkinmədilər. Belə ki, seçdikləri deputatla görüşə bilmədikləri və öz problemlərini deyə bilmədikləri üçün ondan çox narazı olduqlarını bildirdilər.
YAZINI YENİDƏN OXUCULARA TƏQDİM EDİRİK:

Bayram günlərində Vətən Müharibəsi Qəhrəmanı Yaşmanın adlı-sanlı zabiti olmuş, Şəhid kapitan İsmayıl Səmədovun valideynlərinə baş çəkdik. Məhəmməd dayı və Həlimət anayla xeyli söhbətləşdik. Qəhrəmanımızın valideynləri dedilər ki, bəzi deputatları seçiciləri ümumiyyətlə görmürlər, heç telefon əlaqəsi də yarada bilmirlər. Bizim bu barədə bəxtimiz çox gətirib, belə ki, dairəmizdən seçilən Elşən Musayevlə dəfələrlə telefon əlaqəsi yarada bilmişik. Onun bizdə bir istəyi olub, siz mənim adıma ərizə yazın, həm də, təcili yazın. Biz də sevinərək ərizə yazıb, poçta qaçırıq və deputatımıza göndərmək üçün sifarişli məktublar da, göndəririk. Bu artıq iki ildir ki, davam edir, yəni yalanlar ayaq tutur, ancaq yerimir. Bu sözlərlə Həlimət ana öz fikrinin yarısını çatdıra bildi, daha sonra Məhəmməd dayı danışmağa başladı:-oğlum hələ müharibədən əsər-əlamət belə yox idi, deputatlığa namizəd bizim həyətimizə gəlmişdi. Və biz seçicilərə dedi ki, siz arxayın olun, mənə səs verdikdən sonra problemlərinizin həllində sizlərə dəstək olacağam. Elşən müəllim dedi ki, daha biz sizlərlə çox tez-tez görüşəcəyik. Bir müddət keçdi və Vətən Müharibəsi başlandı. Şəkildən də, görürsünüz ki, mənim oğluma cəbhə bölgəsində medalı şəxsən Ali Baş Komandan Prezident İlham Əliyev özü təqdim edir. Bizim deputatımız seçildiyi müddətdə bir dəfə belə bizim ailəmizdə olmayıb. Vətən Müharibəsi Qəhrəmanının ad günü, anım günü və s. heç bir vaxt bizim ailəmizdə olmayıb. Bu iki il ərzində bir dəfə belə Vətən Müharibəsi Qəhrəmanının əmanəti olan iki övladı ilə maraqlanmayıb. Bəs deputatlar öz seçiciləri ilə maraqlanmamalıdırlar?



ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!
Doğrusunu desəm mən Şəhid atasının qaldırdığı bu kiçik, həm də çox utanc bir problemlə bağlı sualına cavab tapa bilmədim. Xalqımızın, elə bu deputatın da, yaxşı, firavan yaşaması üçün Vətən torpaqları uğrunda şəhid olmuş və Prezident İlham Əliyevin səngərdə təltif etdiyi XTQ zabitinin ailəsi ilə iki il ərzində bir dəfə belə görüşə bilməməsi çox təəcüb doğurur. Onu da, xüsusi vurğulamaq istəyirəm ki, Milli Məclisin sədr müavini Adil Əliyevə müraciət edilən kimi Vətən Müharibəsi Qəhrəmanının valideynlərini iki gün sonra əlaqə yaradıldı və onlarla görüşdü. Prezident İlham Əliyev XTQ zabitini şəxsən özü təltif edir, MM-n sədr müavini şəxsən qəbul edir, onların problemlərini həll edir, bəs görəsən bilavasitə öz seçicisi ilə görüşmək məcburiyyətində olan deputat Elşən Musayev bu görüşdən niyə yayınır?! Məgər deputatın öz seçiciləri ilə görüşmək, onlara problemlərinin həllində dəstək olmaq deputatların vəzifə səlahiyyətlərinə aid deyil? Hesab edirəm ki, deputatlar açıq-aşkar mətbuatımıza müsahibə verib desələr ki, siz bizə səs verərək, seçkilərdə qalib etməyinizə baxmayaraq, biz böyük məsələlərlə məşğuluq, yəni seçiciyə ayıracaq vaxtımız yoxdur, bu daha hörmətlə və anlayışla qəbul edilərdi, nəinki yalanlar, vədlər və sonunda da, arada yaranan hörmətsizlik olmazdı.
Şəhid valideynləri hətta Zaqataladan seçilən ikinci deputatla, Kamilə xanımla da, görüşərək, bizi öz deputatımızla görüşdürün deyərək bir xahiş də, ediblər. Kamilə xanım isə gülərək, deyib ki, sizin xahişinizi mütləq çatdıracağam. Bu da bir nəticə vermədiyinə görə Vətən Müharibəsi Qəhrəmanı XTQ zabiti İsmayıl Səmədovun valideynləri bizə, Diaspor.info saytının Şimal-qərb bölgəsinə müraciət ediblər. Biz də onların fikirlərini ictimailəşdirərək, problemlərinin həll olunmasına dəstək nümayiş etdirməyə çalışdıq.


ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN YAZIÇILAR VƏ JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ.

ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!
ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!
ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!
ZAQATALADAN SEÇİLƏN DEPUTAT ELŞƏN MUSAYEV SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏDƏN TƏNQİD OLUNDU?!скачать dle 10.6фильмы бесплатно


1 401

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.