• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan müharibə dövründə Ukraynaya nə qədər yardım göstərib?

24-01-2023, 12:30 | Baxılıb: 218
“Azərbaycan müharibə dövründə Ukraynaya nə qədər yardım göstərib?

Azərbaycan ilə Ukrayna arasında mövcud olan dost əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu prinsip tarixin müxtəlif dönəmlərində keçərli olub və indi də belədir. Azərbaycan 44 günlük Vətən müharibəsində də Ukraynadan dost münasibəti gördü. Azərbaycan da Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibə dönəminin xronologiyasına nəzər yetirsək, bunun əyani şahidi olarıq.

Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başladı. İlk yardım müharibə başlayandan cəmi üç gün sonra - fevralın 27-də çatdırıldı. Ümumi çəkisi 137 tona yaxın dərman vasitələri, tibbi avadanlıqlar və ləvazimatlar olmaqla, humanitar yardım Ukrayna ərazisinə gətirildi. Bu ənənə müharibənin 11 ayı ərzində geniş spektrdə davam etdirilir və humanitar yardımın çeşidi də genişlənib. Buraya ərzaq məhsulları, dərman vasitələri, tibbi Ləvazimatlar, avadanlıqlar, generator və transformatorlar daxildir. Bundan başqa, Ukraynanın müxtəlif şəhərləri ilə qardaşlaşmış Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri tərəfindən bu ölkəyə tibbi sərfiyyat, ərzaq məhsulları, geyim malları, körpə uşaq qayğısı məhsulları göndərilib.

Diaspor info xəbər verir ki, bu günədək göndərilən və çəkisi 1050 tona yaxın olan dövlət yardımlarının ümumi məbləği təxminən 30 milyon manata yaxındır. Azərbaycanın özəl şirkətləri və vətəndaşları da dəfələrlə Ukraynaya humanitar yardımlar göndəriblər.

Ukrayna böhranı ilə əlaqədar həmçinin Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 90-a yaxın ukraynalı uşaq Azərbaycanın müxtəlif sosial-reabilitasiya mərkəzlərində olub. İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağılmış akademik Zərifə Əliyeva adına orta məktəb SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edib. SOCAR həmçinin Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib.

Digər məqam isə Ukraynada yaşayan azərbaycanlıların humanitar yardımlarda fəal iştirakı ilə bağlıdır. Bu fəallıq xüsusilə cəbhə və cəbhəyanı bölgələrdə özünü büruzə verir.

Sadalanan məqamlar Azərbaycanın Ukraynanın təkcə xoş deyil, həm də ağır günlərində onun yanında olduğunu göstərir. Azərbaycan Ukraynanın böhranlı günlərində öz səmimiyyətini, mehriban dostluğunu bir daha sübuta yetirir. Bu, bir daha onu göstərir ki, iki ölkə arasında strateji münasibətlərin tarixi bağlılığa əsaslanır.скачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib
Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti maarifləndirmə tədbir keçirilib

Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanında görüşlər keçirəcək

Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər

İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb

Ombudsman Ankara şəhərində “İnsan Hüquqları və Bərabərlik Hüququ” mövzusunda keçirilmiş tədbirdə çıxış edib

Komitə əməkdaşları Nyu Yorkda “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində olublar

Magistraturaya ixtisas seçimi başlayıb

Azərbaycanla Çin arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım müqaviləsi təsdiqlənib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.