• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Moldovada səfərdə olub

24-01-2023, 13:30 | Baxılıb: 30
“Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər Moldovada səfərdə olub


A.Ələsgər səfər zamanı Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla, Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə, Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jako və digər deputatlarla, ölkənin baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste ilə, Türkiyənin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Uygar Mustafa Sertel ilə, Moldova Azərbaycanlılar Konqressinin sədri Elçin Bayramov ilə, həmçinin, Moldova Dövlət Universiteti və Moldova Texniki Universitetinin rektorları ilə görüşüb.

MŞ İdarə Heyətinin üzvü görüşlərdə Qarabağda yaşananlar və azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya barədə ətraflı məlumat verib, aksiya ətrafında Ermənistanın və onun xaricdəki havadarlarının geniş anti-Azərbaycan təbliğatı apardıqlarını, mövcud xüsusda dünyanın bəzi media vasitələrini alətə çevirdiklərini vurğulayıb. A.Ələsgər Mətbuat Şurasının beynəlxalq media orqanlarındakı bu sayaq neqativ təmayüllərə qarşı həyata keçirdiyi tədbirlərdən də söz açıb. O, Şuranın son günlərdə verdiyi bəyanatları xatırladıb. MŞ İdarə Heyətinin üzvü ayrı-ayrı şəxslərlə təmas zamanı Avropadakı ermənipərəst mövqedən çıxış edən müxtəlif media orqanlarının bütövlükdə jurnalistika prinsipləri baxımından yolverilməz davrandıqlarını, bunun etik standartlara riayət sahəsində xoşagəlməz presedent yaratdığını diqqətə çatdırıb.

Qeyd edək ki, A.Ələsgər “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu çərçivəsində Moldovada olub. Səfərin təşkilatçısı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, maliyyə dəstəkçisi isə Azərbaycan Gənclər Fondudur.скачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"
UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.