• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanın qardaş ölkəyə yardımları Türkiyə mediasının diqqət mərkəzindədir

18-02-2023, 15:00 | Baxılıb: 242
“Azərbaycanın qardaş ölkəyə yardımları Türkiyə mediasının diqqət mərkəzindədir

Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə təbii fəlakət baş verən bölgələrə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.

Diaspor.info xəbər verir ki, Anadolu Agentliyində dərc olunan “Əminə Ərdoğandan Azərbaycana, BƏƏ və Qətərə təşəkkürlər” sərlövhəli məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın zəlzələdən əziyyət çəkən bölgələrə göstərdikləri dəstəyə görə birinci xanım Mehriban Əliyevaya, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin anası Şeyxə Fatimə bint Mübarəkə və Qətər əmirinin anası Şeyxə Moza bint Naserə təşəkkür etdiyi bildirilib. Qeyd edilib ki, digər paylaşımında Əminə Ərdoğan göstərdiyi dəstəyə görə Azərbaycana və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirərək yazıb: “Dərdiniz dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. İlk gündən humanitar yardım təyyarələri, xüsusilə də axtarış-xilasetmə qrupları ilə bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban xanım Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”.

Agentliyin yayımladığı “Türkiyənin xarici nümayəndəliklərində zəlzələdən zərər çəkənlərə yardım səfərbərliyi” sərlövhəli materialda Azərbaycanda intensiv yardım kampaniyasının həyata keçirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, azərbaycanlılar yardım işlərində fəal iştirak edirlər.“cnnturk.com” saytında dərc olunan “Heydər Əliyev Fondundan Türkiyədə zəlzələdən zərərçəkənlərə 105 ton humanitar yardım” sərlövhəli xəbərdə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə qardaş ölkəyə göndərilən yardımlardan bəhs edilir. Bildirilir ki, zəlzələ bölgəsinə gedən yük təyyarəsində çadırlar və qızdırıcılar daşınır. O cümlədən Heydər Əliyev Fondu tərəfindən fevralın 9-dan etibarən zəlzələdən zərər çəkmiş insanlar üçün müxtəlif dərman vasitələri, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qış çadırları, generatorlar, istilik radiatorları, açıq hava qızdırıcıları, dizel yanacağı qızdırıcıları, müxtəlif material və avadanlıqlar göndərilir.

“haber7.com” saytında yerləşdirilən “Azərbaycan əsgərlərindən “Ürəyimiz Türkiyədə” mesajı” başlıqlı materialda Pakistanda təlimdə olan azərbaycanlı hərbçi Balakişiyevin “əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşdakı zəlzələlərlə bağlı təəssüratları oxuculara çatdırılıb. Hərbçimiz qeyd edib: “Türkiyənin dərdini öz dərdimiz kimi görürük. Təlim üçün komanda olaraq buradayıq, amma ürəyimiz Türkiyədədir. Zəlzələ səbəbindən türk əsgərləri təlimə gələ bilmədilər, lakin onların gözləri arxada qalmasın. Biz burada təkcə Azərbaycanı deyil, qardaş ölkə Türkiyəni də təmsil edirik”.

“trthaber.com” saytında dərc olunan məqalədə “yardım dolu avtomobili ilə tanınan azərbaycanlı” Sərvər Bəşirlinin Türkiyəyə gedərək orada zərərçəkənlərə yardım göstərməsindən bəhs edilir. Bildirilir ki, Sərvər Bəşirli artıq Adıyamandadır və zəlzələdən zərər görənlərə könüllü olaraq yardım göstərir.скачать dle 10.6фильмы бесплатно


242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.