• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya qəzeti Xocalı soyqırımı barədə məqalə dərc edib

25-02-2023, 11:30 | Baxılıb: 244
“Rusiya qəzeti Xocalı soyqırımı barədə məqalə dərc edib

Rusiyanın həftəlik sosial-analitik “Arqumenti nedeli” (“Həftənin arqumentləri”) qəzetində Xocalı soyqırımı barədə “1992-ci il: Badam çiçək açanda” sərlövhəli məqalə dərc olunub.

Diaspor.info xəbər verir ki, Rusiya nəşrinin məqaləsində 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli cinayətdən ətraflı bəhs edilib.

Yazıda vurğulanıb: “Xocalı mühüm kommunikasiya mərkəzidir. 1991-ci ilin oktyabrında erməni qoşunları bu şəhəri tam mühasirəyə alıb. Oktyabrın 30-da yerüstü əlaqə kəsilib və helikopterlər yeganə əlaqə vasitəsi olub. Tezliklə - 1992-ci il yanvarın 28-də Şuşa şəhəri üzərində 40 nəfərin ölümü ilə nəticələnən helikopterin vurulması hadisəsindən sonra bu əlaqə də kəsilib və hava yolu ilə reyslər dayandırılıb. Bu şəhərin əhalisi 1992-ci ilin yanvarından işıqsız qalıb. Şəhər sakinləri və onun müdafiəçilərinin qəhrəmancasına döyüşməsi nəticəsində Xocalı təslim olmurdu”.

Sonra məqalədə faciənin baş verdiyi dəhşətli gecədən bəhs edilib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri qanunsuz silahlı dəstələrin köməyi və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dolayı iştirakı ilə Xocalını işğal etdi. Hücumun başlamasından sonra həmin faciəli gecədə şəhərdə qalan 2500-ə yaxın sakin mühasirədən çıxmaq ümidi ilə Xocalını tərk etməyə çalışırdı. Lakin onların bir çoxunun ümidləri puç oldu, kimisi qətlə yetirildi, digərləri əsir alındı. Dağ massivlərini aşaraq qurtulmaq istəyənlər, xüsusən qadınlar və uşaqlar donaraq həyatlarını itirdilər. Çox az adam Azərbaycanın nəzarəti altında olan yaxınlıqdakı Ağdam şəhərinə çata bildi. Xocalı faciəsi Ermənistan-Azərbaycan münaqişəsinin tarixində ən böyük və qanlı səhifə oldu”.

Məqalənin sonunda yazılıb: “Unutmaq olmaz ki, ədalət və cinayət törədənlərin məsuliyyətə cəlb edilməsinin təminatı olmadan sülhə nail olmaq, Cənubi Qafqazda uzunmüddətli barışığı təmin etmək mümkün deyil”.скачать dle 10.6фильмы бесплатно


244

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.