• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xocalı soyqırımı xarici KİV-lərin diqqət mərkəzində

27-02-2023, 09:00 | Baxılıb: 208
“Xocalı soyqırımı xarici KİV-lərin diqqət mərkəzində

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar dünyanın müxtəlif ölkələrinin aparıcı KİV-lərində məqalələr dərc olunub.

Diaspor.info xəbər verir ki, məqalələrdə həmin qanlı gecədə baş verən vəhşiliklər, erməni faşistlərinin günahsız insanları uşaq, qoca, qadın demədən xüsusi amansızlıqla qətlə yetirmələrinə dair məlumatlar, fotolar oxucuların diqqətinə çatdırılıb.

Nüfuzlu “The Geopolitics” nəşrinin saytında yayımlanan “Xocalı soyqırımını anarkən: Müasir tarixin ən qanlı soyqırımlarından biri” sərlövhəli məqalədə ağır artilleriya, pulemyot və qumbaraatanlarla silahlanmış Ermənistan qoşunlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə qanlı hücumu nəticəsində azərbaycanlı mülki şəxslərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi bildirilib. Qeyd olunub ki, bu qanlı hücum nəticəsində 487 nəfər ağır yaralanıb, 150 nəfərin taleyi barədə indiyədək heç bir məlumat yoxdur. Xüsusi vurğulanıb ki, əhalinin tamamilə məhv edilməsi üçün hücum zamanı şəhərin mühüm infrastruktur obyektləri də hədəfə alınıb.

Məqalədə diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Azərbaycan xalqı və geniş beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanıb. BMT, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlar bu cinayəti soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

“Xocalı qətliamı müharibə və münaqişələrin dağıdıcı nəticələrini və insanların həyatı bahasına başa gəldiyini açıq şəkildə xatırladır. Mülki əhalinin müharibə dəhşətlərindən qorunması və insan hüquqlarının pozulması hallarına görə məsuliyyət daşınması vacibdir. Xocalıya ədalət mütləqdir və bu soyqırımını törədənlər öz əməllərinə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, - deyə məqalədə vurğulanıb.

İtaliyanın nüfuzlu “İl Sole24Ore” televiziya kanalı da Xocalı faciəsinin 31-cü ildönümünə geniş yer ayırıb. Məqalədə Xocalı soyqırımı barədə məlumat verilib, 613 günahsız insanın erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi bildirilib. Məlumatda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə anım mərasiminin keçirildiyi qeyd olunub, həmin tədbirdən görüntülər təqdim edilib.Pakistanda yayımlanan “Daily Times” qəzetində dərc olunan məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən söz açılıb, Ermənistan ordusunun Xocalı şəhərində günahsız insanları xüsusi amansızlıqla qətlə yetirməsi barədə məlumat verilib: “31 il əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində ağır qətliam törədilib. Bu faciə zamanı 613 günahsız insan, o cümlədən uşaqlar və qadınlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan girov götürülüb. Erməni cəlladları yeddi mindən çox insanı bir gecədə doğma evlərindən zorla qovub çıxarıblar”.

Yazıda qeyd olunub ki, bu faciə zamanı Ermənistan silahlı qüvvələri bəşəriyyət üçün qara ləkə olaraq qalan misilsiz vəhşiliklər törətdilər. Keçmişdə soyqırımı və kütləvi qırğınlar törətmiş qəddar və zalım insanların hekayələri çox olub. Ermənistanın törətdiyi Xocalı soyqırımı da onlardan biridir. Günahsız uşaqları, qadınları, qocaları amansızcasına öldürənlərə insan demək olmaz. Onlar törətdikləri cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər.

Məqalədə Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarını işğaldan azad edən Azərbaycan Ordusunun şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının da qisasını aldığı vurğulanıb.

Hindistanın “amarujala.com” saytında yer alan məqalədə bildirilib ki, Xocalı soyqırımı bəşər tarixində ən qanlı və amansız cinayətlərdən biridir. Yeddi min nəfərə yaxın əhalisi olan şəhər bir gecədə yerlə-yeksan edilib. Ermənilər beynəlxalq humanitar hüquqa və müvafiq konvensiyalara məhəl qoymayaraq, 613 mülki şəxsi, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qırğında 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərindən birini itirib. Qətliam nəticəsində 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Məqalədə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi anım tədbiri barədə də məlumat verilib.Türkiyənin Anadolu agentliyində yayımlanan “İnsanlıq tarixinin qara ləkəsi: Xocalı soyqırımı” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan xalqı erməni hərbi birləşmələrinin 1992-ci il fevralın 26-da Xocalıda qadın, uşaq və qoca demədən törətdiyi qətliamın qurbanlarının xatirəsini yad edir. Faciəsi ilə bağlı faktların təqdim olunduğu məqalədə vurğulanıb: “Xocalı soyqırımından 31 il ötür, ancaq faciənin kədəri bu gün də azərbaycanlıların qəlbini göynədir. Azərbaycan xalqı Ordusunun 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən sonra artıq üç ildir ki, şəhidlərinin xatirəsini qalib xalq kimi anırlar. İnsanlıq tarixinə qara ləkə kimi yazılan bu soyqırımı heç vaxt unudulmasa da, işğal altındakı torpaqların azad edilməsi Azərbaycan xalqı üçün təsəlli oldu. İndi azərbaycanlıların yeganə istəyi Xocalı qətliamını törədənlərin mühakimə olunması və ədalətin təmin edilməsidir”.

Məqalədə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövlətinin ardıcıl fəaliyyətindən və görülən işlər nəticəsində bir neçə ölkənin və nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etdiyi bildirilib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı qardaş ölkənin “HaberGlobal”, “Türkiye”, “Akşam”, “Sondakika.com”, “haber7.com” və digər KİV-lərində də məqalələr dərc olunub, faciənin dəhşətlərini əks etdirən foto və video görüntülərə yer verilibскачать dle 10.6фильмы бесплатно


208

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.