• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xocalı həqiqətləri İtaliya mətbuatında

27-02-2023, 10:30 | Baxılıb: 211
“Xocalı həqiqətləri İtaliya mətbuatında

Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov İtaliyanın “Agenzia Nova” informasiya agentliyinə verdiyi müsahibədə ermənilərin 31 il əvvəl Xocalıda törədikləri soyqırımı cinayətlərindən bəhs edib.

Diaspor.info xəbər verir ki, səfir müsahibəsində Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımında 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini bildirib. Qeyd edib ki, soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb və 150 nəfər itkin düşüb. İ.Muxtarov 10-dan çox ölkənin Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıdığını, eləcə də 20-dən çox dövlətin qanunvericilik orqanları tərəfindən qəbul edilmiş qətnamələr və bəyanatlarda bu amansız qətliamın pisləndiyini vurğulayıb.

“Biz beynəlxalq aləmdə Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və gələcəkdə dünyanın hər hansı yerində oxşar faciələrin təkrarlanmaması üçün səylə çalışırıq. Bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən, etnik təmizləmə siyasətinin tərkib hissəsi olan bu cinayətləri törədənlərin cəzalandırılmasını, hüquq və ədalət naminə bu faciəyə qiymət verilməsini tələb edirik”, - deyə səfir qeyd edib.

İ.Muxtarov, eyni zamanda, yüksək səviyyədə olan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrindən, Heydər Əliyev Fondunun Vatikanda mədəni irs nümunələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

O, həmçinin ermənilərin Laçın yolundakı vəziyyətə dair yalan iddialarından, humanitar məqsədlər üçün açıq olan yolla bağlı əsl həqiqətlərdən, azərbaycanlı ekofəalların təşkil etdikləri aksiyanın mahiyyətindən də bəhs edib.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.