• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib

28-02-2023, 21:30 | Baxılıb: 213
“Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib

Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Ombudsman İnstitutunun 20 illiyi münasibətilə Krallığın Rabat şəhərində “Dövlət siyasətində insan hüquqlarının effektivliyinin inkişaf ölçüsünün təmin edilməsi: Ombudsmanlar və Mediatorların rolu nədən ibarətdir?” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
S.Əliyeva əvvəlcə Mərakeş Krallığının Ombudsmanını və qurumun kollektivini təsisatlarının 20 illiyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışı zamanı Ombudsman son dövrlərdə dünyada təbii fəlakətlər və hərbi münaqişələr səbəbilə baş verən böhran vəziyyətlərinin insan hüquqlarına mənfi təsirinə diqqət çəkib, bu səbəbdən yaranan problemlərin həllində dünya dövlətlərinin həmrəyliyinin əhəmiyyətini vurğulayıb. O, həmçinin təbii fəlakətlər, pandemiya və hərbi münaqişələr zamanı insan hüquqlarının səmərəli müdafiəsində milli insan hüquqları institularının rolunun önəmini qeyd edib.
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətlərindən danışan Ombudsman pandemiya və hərbi münaqişə zamanı xüsusilə həssas əhali qruplarının hüquqlarının səmərəli müdafiəsi sahəsində təsisatın əldə etdiyi müsbət təcrübələr barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, bu kimi hallarda vətəndaşların Ombudsmana müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə çevik şəkildə reaksiyanın göstərilməsi olduqca vacibdir.
44 günlük Vətən müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışan Ombudsman müharibə və müharibədən sonrakı dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar əsasında hazırlanan hesabatlar barədə iştirakçılara məlumat verib. Həmin hesabatların beynəlxalq insan hüquqları təşkilatlarına göndərildiyi və bir sıra beynəlxalq qurumlar tərəfindən həmin hesabatlara istinadlar edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həmin ərazilərin işğalı dövründə Ermənistan tərəfindən basdırılan minalar insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə törədir, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarına ciddi maneə yaratmaqla regionda sülh prosesini də ləngidir.
Yekunda Ombudsman dünya ictimaiyyətini insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına qarşı səssiz qalmamağa və birlik nümayiş etdirməyə çağırıb.
Konfrans məruzələr ətrafında müzakirə ilə işini davam etdirib.


Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib
Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib
скачать dle 10.6фильмы бесплатно


213

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.