• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Perunun tanınmış “El Peruano” qəzeti: “Xocalı - ədalət gözləyən cinayət”

2-03-2023, 12:00 | Baxılıb: 220
“Perunun tanınmış “El Peruano” qəzeti: “Xocalı - ədalət gözləyən cinayət”

Perunun rəsmi dövlət qəzeti və ən nüfuzlu mətbu orqanı olan “El Peruano”da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Diaspor.info-ya verilən məlumata görə, məqalədə erməni təcavüzünün tarixi və Xocalıda törədilmiş soyqırımı haqda məlumat verən səfir, bu amansız qətliam zamanı onlarla azyaşlı uşaq və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirildiyi, yüzlərlə soydaşımızın isə yaralandığı və itkin düşdüyünü bildirib, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsinin və Xocalı faciəsinə ədalətli hüquqi-siyasi qiymətin verilməsinin vacibliyinə baxmayaraq, bu günədək cinayətkarların məsuliyyətə cəlb olunmadığını vurğulayıb.

Bu qətliamın bir sıra beynəlxalq insan hüquqları təşkilatları və media qurumları tərəfindən qeydə alındığı, Peru Konqresi də daxil olmaqla bir çox ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımını pisləyən, faciənin günahsız qurbanlarına münasibətdə ədalətə çağırış səsləyən qətnamələr qəbul etdiyi vurğulanır.

Məqalədə, Azərbaycanın daima sülhün və ədalətin tərəfdarı olduğu, xalqımıza qarşı törədilmiş təcavüz və vəhşiliklərə baxmayaraq, Vətən müharibəsindən sonra regionda sülhün bərqərar olmasını təmin etmək üçün Ermənistana əl uzadaraq, beynəlxalq hüququn əsas prinsip və normaları əsasında sülh sazişi təklif etdiyi qeyd olunur. Həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkmədiyi, bu günədək regionda davamlı sülhün, sabitliyin və inkişafın bərqərar olması üçün konstruktiv addımlar atmadığı bildirilir.

Məqalənin sonunda Azərbaycan xalqının Xocalıda baş vermiş faciəli hadisələri dərin hüznlə xatırladığı, bənzər faciələrin təkrarlanmasının qarşısının alınması üçün, bir gecədə taleyi dağıdılmış insanlara ədalət tələb etdiyi bildirilir.скачать dle 10.6фильмы бесплатно


220

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.