• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

3-03-2023, 09:30 | Baxılıb: 218
“ABŞ mətbuatı Vyanada keçirilmiş Xocalı aksiyasından yazıb

ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “BMT-nin səriştəsizliyinə qarşı Vyanada azərbaycanlı etirazçılara qoşuldum” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor.info--yabildirilib ki, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış israilli politoloq və jurnalist Reyçel Avraham qələmə aldığı məqalədə bir neçə gün əvvəl Azərbaycan diasporunun yüzlərlə üzvünün Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin mənzil-qərargahı qarşısında toplaşaraq Xocalı soyqırımına münasibətdə BMT-nin fəaliyyətsizliyinə etiraz etdiyinə diqqət çəkib. Məqalədə sözügedən aksiyaya beynəlxalq ictimaiyyətin bir sıra tanınmış nümayəndəsinin də qoşulduğu qeyd olunub və onların bu cinayət barədə fikirləri əks olunub.

Qeyd edilib ki, Qarabağın 30 ilə yaxın erməni işğalında qalmasında, eləcə də 31 il ərzində Xocalı qurbanlarına münasibətdə ədalətin reallaşmasının qarşısının alınmasında BMT-nin mühüm rolu olub. Ümumiyyətlə, sülhə aparan prosesin pozulmasında həm Rusiya, həm də Fransa öz rolunu oynayıb. Belə bir halda yalnız Rusiya sülhməramlılarının mandatına son qoyulması Cənubi Qafqazda davamlı sülhə gətirib çıxara bilər.

Məqalədə Holokostdan sonra BMT-nin Ruanda, Bosniya, Xocalı soyqırımlarını və bəşəriyyətə qarşı törədilmiş bir çox ağır cinayətləri gündəmə gətirmədən seyr etdiyi diqqətə çatdırılıb.

Müəllif təəssüf hissi ilə qeyd edib ki, dünya ölkələrinin əksəriyyəti Ukrayna xalqını müdafiə etməyə tələsdiyi halda, Ermənistan Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz olaraq işğal edəndə BMT 30 il susub, Xocalı soyqırımına görə məsuliyyət daşıyanları bu hərbi cinayətə görə Haaqada mühakimə etməkdən imtina edib. İsrailli politoloq BMT-nin sözügedən davranışını sona çatdırılmalı olan parodiya adlandıraraq, Xocalıya ədalət tələb edib.скачать dle 10.6фильмы бесплатно


218

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.