• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Avstraliya hökuməti İrandakı durumla əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib

7-03-2023, 09:00 | Baxılıb: 206
“Avstraliya hökuməti İrandakı durumla əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib

Avstraliya hökuməti Azərbaycan icmasının İranda insan hüquqlarının pozulması ilə bağlı məktubunu cavablandırıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor.info- ya verilən məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan və qadın hüquqları şöbəsinin müdiri Sara Azərsuna xarici işlər naziri, senator Penni Vonqun adından hökumətin Xarici işlər və ticarət departamentinin ünvanladığı məktubda bildirilib ki, Avstraliya qəzəbləndirici davranışına və etirazçılara qarşı davam edən ölümcül və qeyri-mütənasib güc tətbiqinə görə açıq olaraq İran rejimini fəal və ardıcıl şəkildə pisləyib.

Diqqətə çatdırılıb ki, Avstraliya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Cinayət Məcəlləsi siyahısına daxil olunmasını və əməllərinə görə cavabdehliyini tələb edənləri yaxşı başa düşür. Lakin Cinayət Məcəlləsində nəzərdə tutulan siyahı dövlət subyektlərinə deyil, qeyri-dövlət subyektlərinə şamil edilir. İİKK isə tam olaraq İran dövlətinin tərkibinə daxildir və Cinayət Məcəlləsindəki terror təşkilatları haqqında müddəaların təsir dairəsinə düşmür: “Hökumət hesab edir ki, səfirliklər və diplomatik personal hökumətlər arasında rəsmi əlaqələri saxlamaq üçün vacibdir. Diplomatik əlaqələrimiz bizi narahat edən məsələlər, o cümlədən İranda insan haqlarının vəziyyəti ilə bağlı İran hökumətinə birbaşa müraciət etməyə imkan verir”.

Qeyd edilib ki, sanksiyalar hökumətin insanların hüquqlarının pozulmasına reaksiya vermək üçün istifadə edilə bilən tədbirlərdən yalnız biridir və Avstraliya hökuməti vəziyyəti, eləcə də digər mülahizələri diqqətlə qiymətləndirir.

İranda insan haqları ilə bağlı vəziyyətin Avstraliyanı çoxdan və ciddi şəkildə narahat etdiyinə, Avstraliya hökumətinin İranda etirazçıların edamını açıq şəkildə pislədiyinə, bütün edamların dərhal dayandırılmasına çağırdığına diqqət cəlb edilib.“Hökumət İranda etnik və dini azlıqlara, qadınlara və qızlara qarşı rəftardan narahatdır. Biz bu yaxınlarda - BMT-nin İqtisadi və Sosial Şurasının 2022-ci il 14 dekabr tarixli iclasındakı milli bəyanatımızda bu narahatlığı açıq şəkildə bildirdik. Avstraliya hökuməti bundan sonra da məqsədyönlü və strateji olaraq insan hüquqlarının müdafiəsi məqsədilə rejimə təzyiq göstərməyə davam edəcək”, - deyə məktubda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


206

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.