• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

9-03-2023, 19:30 | Baxılıb: 210
“Ombudsman Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonu qəbul edib.
Görüş zamanı Ombudsman fəaliyyət istiqamətləri, o cümlədən gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən işlər barəsində qonağa geniş məlumat verib. Vurğulanıb ki, həm 2022-ci il, həm də əvvəlki illər üzrə məruzələrində Ombudsman qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının səmərəli təmini istiqamətində çoxsaylı təkliflər irəli sürmüşdür.
S. Əliyeva qeyd edib ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, saxlanma şəraiti və onlarla rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən mütəmadi olaraq başçəkmələr həyata keçirilir. Bundan başqa, Ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi, habelə Əfv Məsələləri Komissiyasının iclaslarında fəal iştirak etdiyi bildirilib. Qeyd olunub ki, fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilmişdir.
Ombudsman həmçinin ötən dövr ərzində Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə həyata keçirilən “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihənin ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyətin gücləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə S.Əliyeva Ombudsman Aparatının əməkdaşlarının peşəkar biliklərinin daha da artırılması, habelə fərdi məlumatların mühafizəsi ilə bağlı əməkdaşlıqda maraqlı olduğunu və bu sahədə Avropa İttifaqı tərəfindən texniki dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Qonaq səmimi qəbula görə S.Əliyevaya təşəkkürünü bildirib və qarışılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib. Avropa İttifaqı tərəfindən dəstəklənən Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması ilə əlaqədar layihə çərçivəsində Ombudsman təsisatının iştirakına toxunan P.Mixalko insan hüquqlarına dair bu və digər layihələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Yekunda qonağa Ombudsman təsisatının 20 illiyi münasibətilə hazırlanmış poçt markası və məlumat xarakterli buklet və lifletlər təqdim olunub.скачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.