• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BMT sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən talan edilməsi məsələsi qaldırılıb

15-03-2023, 09:00 | Baxılıb: 179
“BMT sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan tərəfindən talan edilməsi məsələsi qaldırılıb

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci növbəti sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan şirkətləri tərəfindən qeyri-qanuni olaraq istismar və talan edilməsi barədə məsələ gündəmə gətirilib.

Diaspor.info xəbər verir ki, toplantıda çıxış edən Dayanıqlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin (YPSDG) vitse-prezidenti Julia Rosso bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərinin irimiqyaslı qanunsuz istismarı aparılıb. Diqqətə çatdırıb ki, Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib. Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb.

YPSDG rəsmisi vurğulayıb ki, bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun gəlmədiyinə görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun nadir ekosistemi zədələyib.

Məruzəçi xatırladıb ki, vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib, bu da orada məskunlaşan növlərin mühitinə mənfi təsir edib. Buna misal olaraq Zəngilan rayonundakı nadir çinar meşəsinin qırılması göstərilib. Zəngilandakı çinar meşəsinin vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayıldığına diqqəti çəkən məruzəçi bu ərazinin məhv edilməsini ekoloji terrorun daha bir əlaməti adlandırılıb.

Bildirilib ki, Qarabağda “ekosid” kimi səciyyələndirilən və cinayət məsuliyyəti tələb edən ekosistemin kütləvi şəkildə məhvi baş verib. “Ermənistan tərəfinin Azərbaycanın təbiətinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti nəinki Azərbaycanın ekoloji tarazlığına, flora və faunasına ciddi təhlükə yaradır, digər təxribat xarakterli hərəkətlərlə yanaşı, daha da nifrət doğurur, bölgədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır”, - deyə Julia Rosso əlavə edib.

YPSDG-nin vitse-prezidenti münaqişədən sonrakı ərazilərə diqqətlə yanaşmağa, başqa dövlətin ərazi bütövlüyü prinsiplərini pozan davranışı dəyişməyə, ərazisi işğal altında olan dövlətin daşınar və daşınmaz əmlakının məhvini qadağan edən bir sıra konvensiya və qətnamələrə, BMT-nin ətraf mühit standartına riayət olunmasına çağırış edib.скачать dle 10.6фильмы бесплатно


179

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.