• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağla bağlı videoreportaj Braziliyanın dövlət kanalında yayımlanıb

17-03-2023, 11:30 | Baxılıb: 226
“Qarabağla bağlı videoreportaj Braziliyanın dövlət kanalında yayımlanıb

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn braziliyalı jurnalistlər tədbirdən sonra, həmçinin Qarabağa səfər ediblər. Braziliyanın media mənsubları 30 ilə yaxın işğal altında qalan və rəşadətli Ordumuz tərəfindən 44 gündə işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyətlə tanış olublar və xüsusi reportaj hazırlayıblar.

Azərbaycanın Braziliyadakı səfirliyindən Diaspor.info-ya bildirilib ki, onlar Ağdam rayonu və oradakı “İmarət” tarixi kompleksində, Şuşa və Füzuli şəhərlərində çəkilişlər aparıblar, ermənilər tərəfindən törədilmiş urbisid və ekosidin, vəhşiliklərin əyani şahidi olublar. Braziliya tamaşaçılarına təqdim olunan reportajda bildirilir ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra ilk qarşılaşdığı problem məhz minalarla bağlıdır.

Bu reportaj vasitəsilə Braziliyanın ictimaiyyətinin diqqətinə Ağdam rayonunun erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri - Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının erməni vandalizminin qurbanı olması faktı da çatdırılıb.

Reportajda braziliyalı jurnalistlərin Cümə məscidi, Şəhidlər xiyabanı və Ağdam Dram Teatrını ziyarət etdiyi də öz əksini tapıb. Urbisidə baxmayaraq, Ağdamda sürətlə tikinti və bərpa işlərinin aparıldığı da vurğulanıb.

Martın 14-də efirə gedən videoreportaj 212 milyon əhalisi olan Braziliyanın “Braziliya TV” dövlət kanalında xəbərlər proqramı çərçivəsində yayımlanıb. Videoreportajın növbəti günlərdə yenidə efirə gedəcəyi istisna edilmir.скачать dle 10.6фильмы бесплатно


226

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.