• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Elçin Əmirbəyov: Ermənistan sülh prosesini əngəlləməyi dayandırmalı və danışıqlar masasına qayıtmalıdır

22-03-2023, 14:00 | Baxılıb: 202
“Elçin Əmirbəyov: Ermənistan sülh prosesini əngəlləməyi dayandırmalı və danışıqlar masasına qayıtmalıdır

Sülh prosesi Azərbaycanla birbaşa danışıqlardan imtina edən və sülh prosesindən yayınmaq üçün istənilən bəhanələrə əl atan Ermənistanın destruktiv mövqeyi ilə əngəllənir.

Diaspor.info xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “France 24” telekanalına müsahibəsində deyib.

“Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Bu prinsiplərdən birinə ərazi bütövlüyünə, suverenliyə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət daxildir. Ermənistan hakimiyyəti bir neçə aydır ki, KİV-lərin və diasporun imkanları vasitəsilə müxtəlif bəhanələrə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırır və destruktiv mövqe nümayiş etdirərək sülh prosesinə mane olur”, - deyə E.Əmirbəyov qeyd edib.
O vurğulayıb ki, Azərbaycan sülhün alternativinin olmadığını düşünür. Gec-tez bu iki xalq düşmənçilik səhifəsini çevirməli və beynəlxalq hüquqa hörmət əsasında normal və yaxşı münasibətlər qurmağa çalışmalıdır. Ermənistan üçün belə bəhanələrdən biri isə Laçın yolundakı vəziyyətdir.

E.Əmirbəyov “blokada” sözünün istifadə edilməsi ilə razılaşmadığını qeyd edib: “Laçın yolu Azərbaycan tərəfindən bağlanmayıb. Bu yol Ermənistanın 10 min erməni əsgərinin hələ də yerləşdiyi suveren Azərbaycan ərazisində hərbi potensialının gücləndirilməsi məqsədilə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahların, piyada əleyhinə minaların və hərbi personalın daşınması üçün istifadə olunub”.

E.Əmirbəyov deyib ki, bu yolda aksiyaya başlamaq üçün son damla Laçın yolu ilə Azərbaycanın faydalı qazıntılarının və təbii sərvətlərinin sonradan ixrac üçün Ermənistana daha intensiv şəkildə daşınması olub:

“Üçtərəfli bəyanata əsasən, Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”.

O, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bu yolda fəaliyyət göstərən yeganə beynəlxalq təşkilat olduğunu əlavə edib: “BQXK Azərbaycan tərəfi ilə sıx əlaqə saxlayır”.

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan Laçın yolundan qeyri-qanuni məqsədlərdə istifadənin qarşısının alınması üçün hərəkətin şəffaflığının təmin edilməsini tələb edir.

E.Əmirbəyov əlavə edib ki, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və nəhayət sülh sazişinin imzalanması üçün istənilən vasitəçiliyi alqışlamağa hazırdır: “Ermənistanı danışıqlar masasına qayıtmağa, beynəlxalq ictimai rəyi manipulyasiya etməməyə çağırırıq”.скачать dle 10.6фильмы бесплатно


202

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.