• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağ məsələsini müzakirə edib

23-03-2023, 13:00 | Baxılıb: 192
“Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağ məsələsini müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Bu barədə Diaspor.info “Anadolu”ya istinadən xəbər verir.

Nazirlər Ukraynadakı vəziyyəti, Qara dəniz dəhlizi ilə taxıl tədarükünü, eləcə də Suriya şimalındakı vəziyyəti müzakirə ediblər.

Hulusi Akar taxıl təşəbbüsünü genişləndirmək üçün əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, taxıl sövdələşməsi qlobal ərzaq böhranının həllinə böyük töhfə verib. Türkiyəli nazir taxılın fasiləsiz daşınmasının vacibliyini vurğulayıb.

O, Türkiyənin bölgədə sülhün və humanitar yardıma çıxışın təmin edilməsinə töhfə verməyə davam edəcəyini əmin edib.

Suriyanın şimalındakı vəziyyətə də toxunan Akar Türkiyənin bölgədəki yeganə məqsədinin terrorla mübarizə, sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək və daha çox humanitar fəlakətlərin qarşısını almaq olduğunu bildirib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə başlanan danışıqların Suriyada və bütövlükdə regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu prosesin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir

Hulusi Akar həmçinin Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə bağlı Rusiya tərəfinə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, nazirlər taxıl sövdələşməsini, Suriya və Qarabağ məsələsini müzakirə ediblər.скачать dle 10.6фильмы бесплатно


192

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.