• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

İcmadan Paşinyana cavab: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir

24-03-2023, 11:00 | Baxılıb: 179
“İcmadan Paşinyana cavab: Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaları sülhün zəruri şərtidir

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı martın 23-də verdiyi bəyanata münasibət bildirib.

Bu barədə Diaspor.info- ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 23-də bəyanat verərək Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışıb.

Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışıb. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada kompakt yaşamış olmaları faktını qeyd etməklə bərabər vurğulamaq istərdik ki, Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib.

"Biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.

Ermənistanın Baş naziri başqa ölkələrdə etnik azlıqların vəziyyəti ilə bağlı iftira atmaq əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlı sakinlərin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalı, orada azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə və Azərbaycan mədəni irsin dağıdılmasına son verməlidir.

Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaları azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində həll edilməlidir. Ermənistandan qovulmuş azərbaycanlılar öz evlərinə qayıtması və onların orada fərdi və kollektiv hüquqların təmin edilməsi regionda davamlı sülhün zəruri şərtidir", - deyə açıqlamada vurğulanıb.скачать dle 10.6фильмы бесплатно


179

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.