• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

28-03-2023, 17:00 | Baxılıb: 50
“Qərbi Azərbaycan İcmasının sözçüsü: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

Diaspor.info xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İcmanın sözçüsü Ülviyyə Zülfiqar söyləyib.

Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Ülviyyə Zülfiqar qeyd edib ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur. Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. “Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır” – deyə Qərbi Azərbaycan İcmasının sözçüsü bildirib.

Xatırladaq ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.

Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.скачать dle 10.6фильмы бесплатно


50

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Ombudsman Aparatının əməkdaşları “Beynəlxalq humanitar hüququn milli səviyyədə implementasiyası” mövzusunda seminarda iştirak edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.