Zaqatalada "HEYDƏR ƏLİYEV VƏ ŞANLI ZƏFƏR TARİXİMİZ" Mövzusunda Konfrans keçirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən " Heydər Əliyev və şanlı Zəfər tariximiz" adlı konfransın iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu öndərin abidəsini ziyarət ediblər.
Daha sonra Zaqatala Zəfər kompleksi də ziyarət olunub. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı, sonra Heydər Əliyevin, Şəhidlərimizin və Türkiyədə baş verən zəlzələ nəticəsində dünyasını dəyişənlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İlk çıxışı Ümumilli lider Heydər Əliyev tərəfindən hüquqi dövlət quruculuğu prokurorluğun inkişafına verilən dəyər mövzusunda Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov etdi.Daha sonra tədbirdə Zaqatala RİH başçısı Mübariz Əhmədzadə çıxış etdi.
Sonra Zaqatala rayon Prokuroru Rasim Musayev "Ulu Öndər Heydər Əliyev və Gənclər Siyasəti" mövzusunda çıxış etdi.
"Ulu öndərin ordu quruculuğu və Zəfər tarixi" mövzusunda Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov, YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, Rayon Ağsaqqallar şurasının sədr müavini Tahir Məmmədov çıxış ediblər."Ulu Öndər Heydər Əliyevin sosial inkişaf strategiyası" mövzusunda Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əməkdaşı Elnur Hüseynov çıxış edib.
Zaqatala Heydər Əliyev mərkəzinin direktoru Famil Rəhimovun çıxışından sonra
"Heydər Əliyev və 44 günlük Zəfər yolu " Filminin nümayişi ilə tədbir yekunlaşıb.
Əlmaniz Ələkbərli
Diaspor.info
Zaqatala.



832