• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Torontoda Azərbaycan Evi açılacaq

5-04-2023, 11:30 | Baxılıb: 191
“Torontoda Azərbaycan Evi açılacaq

Kanadaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ontario parlamentinin deputatları Françesko Sorbara, Anna Roberts və Maykl Tibollo ilə görüşü olub, onlarla müxtəlif mövzularda müzakirələr aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor.info-ya bildirilib ki, görüşdə Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycanın multikulturalizm ənənələrinə malik olduğu, Ermənistanın işğalı sonlandıqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğu deputatların nəzərinə çatdırılıb. Kanadalı deputatlar Torontoda açılacaq Azərbaycan Evini mütləq ziyarət edəcəklərini qeyd edib, bundan sonra da bizi irəliyə aparacaq inkişafa hədəflənməli olduğumuzu söyləyiblər.
Komitə sədri Ontario parlamentinin spikeri Ted Arnottla da görüşüb. Görüşdən öncə spiker Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və əməkdaşlarını parlament üzvlərinə təqdim edib və səfərləri barədə qısa məlumat verib.
Səmimi görüşə görə təşəkkür edən komitə sədri Kanadaya səfərinin məqsədləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, səfər çərçivəsində Azərbaycan icması ilə görüşün təşkili, soydaşlarımızın fəaliyyəti ilə tanışlıq, gələcək planların müzakirəsi, Azərbaycan Evinin açılış mərasiminin keçirilməsi və yeni layihələri dəstəkləməklə bağlı qarşılıqlı müzakirələrin aparılması nəzərdə tutulur.
Dünyanın 70-dən çox ölkəsində 50 milyona yaxın azərbaycanlının yaşaması, Komitənin Azərbaycan Prezidentinin tövsiyələri əsasında xaricdəki icmalarımızla, o cümlədən Kanadada yaşayan soydaşlarımızla sıx əlaqə saxlaması və onların təşkilatlanması istiqamətində atılan addımlar diqqətə çatdırılıb.
Görüşlərdə iştirak edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin sədri Lalin Həsənova rəhbərlik etdiyi təşkilat haqqında danışıb, Torontoda açılacaq Azərbaycan Evinin missiyası ilə bağlı ətraflı məlumat verib.
Ontario parlamentində keçirilən görüşlərdə gələcək əməkdaşlığa dair bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.скачать dle 10.6фильмы бесплатно


191

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.