• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

4-04-2023, 18:30 | Baxılıb: 243
“Ombudsman Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Ombudsman Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu və səfirliyin nümayəndələrini qəbul edib.
Görüş zamanı Ombudsman qonaqlara mandatı və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlardan danışan S.Əliyeva Ombudsman təsisatının yaradılmasının bu istiqamətdə atılan ən mühüm addımlardan biri olduğunu vurğulayıb. Ölkəmizdə heç bir ayrı-seçkiliyə məruz qalmadan hər kəsin Ombudsmana müraciət etmək hüququnun olduğu, hər bir müraciətə isə diqqətlə yanaşıldığı qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, müraciətlərin qəbulu prosesində çevikliyin təmini məqsədilə təsisatda 24/7 rejimində fəaliyyət göstərən Çağrı Mərkəzi yaradılıb. Ombudsman, həmçinin məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər etdiyini bildirib.
Görüş zamanı S.Əliyeva BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla olan əməkdaşlığı barədə məlumat verib, insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə həyata keçirilən layihələrdən danışıb. Ombudsman tərəfindən BMT-nin müqavilə qurumlarına paralel hesabatların təqdim olunması və universal dövrü icmal prosesi çərçivəsində həyata keçirilən fəaliyyət barədə qonağa məlumat verilib.
Görüşdə bir sıra digər məsələlər ətrafında müzakirə aparılıb.
Yekunda qonaqlara Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş poçt markası və təsisat tərəfindən hazırlanmış maarifləndirici nəşrlər hədiyyə edilib.скачать dle 10.6фильмы бесплатно


243

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.