• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatı tərəfindən ümumtəhsil məktəblərində təlimlər keçirilir

5-04-2023, 18:30 | Baxılıb: 183
“Ombudsman Aparatı tərəfindən ümumtəhsil məktəblərində təlimlər keçirilir

Ombudsman Aparatı tərəfindən ümumtəhsil məktəblərində təlimlər keçirilir
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi”nə dair müvafiq yarımbəndinin icrasında iştirak edilməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) tövsiyə olunmuşdur.
Bu məqsədlə Ombudsman Aparatı tərəfindən Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı şəhəri Sabunçu rayonu 90 nömrəli, Nərimanov rayonu 212 nömrəli, Xəzər rayonu 156 nömrəli tam orta məktəblərində şagirdlərin və müəllimlərin iştirakı ilə “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusunda təlimlər keçirilib.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşları təlimlərdə təqdimatla çıxış edərək, iştirakçılara uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan milli qanunvericilik aktları və beynəlxalq sənədlər, uşaqların zorakılığın və ayrı-seçkiliyin bütün formalarından müdafiəsi barədə məlumat verib, həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzinin fəaliyyəti haqqında danışıblar.
Təlimlər zamanı aparılan qrup işlərində uşaqlar tərəfindən uşaq hüquqlarının müdafiə üsullarını əks etdirən rol oyunları nümayiş etdirilib, məişət zorakılığı, erkən nikah, gender əsaslı zorakılıq, kibercinayətkarlıq, uşaq əməyi, bullinq və digər mövzularda müzakirələr aparılıb. İnteraktiv şəkildə davam edən müzakirələrin yekununda şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbirlərinin Bakı şəhərinin digər rayonlarında, habelə Gəncə, Şəki, Quba və Masallı şəhər və rayonlarında yerləşən ümumtəhsil məktəblərində də keçirilməsi planlaşdırılır.
Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


183

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.