• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyası yüksək qiymətləndirilib

7-04-2023, 12:00 | Baxılıb: 198
“Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyası yüksək qiymətləndirilib

Kanadaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Xarici İşlər Nazirliyinin (XİN) parlament katibi Robert Olifant ilə görüşü keçirilib.
Dövlət Komitəsindən Diaspor.info-ya verilən məlumata görə, Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, dünyanın 70-dən çox ölkəsində 50 milyona yaxın azərbaycanlının yaşaması, Azərbaycan Prezidentinin tövsiyələri əsasında xaricdəki icmalarımızla, o cümlədən Kanadada yaşayan soydaşlarımızla sıx əlaqə saxlanılması, onların təşkilatlanması istiqamətində atılan addımlar və həyata keçirilən layihələr parlament katibinin diqqətinə çatdırılıb. Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, xalqımızın bölgədə yalnız davamlı sülhün bərqərar olmasını istədiyi və Azərbaycan dövlətinin bu istiqamətdə ciddi səylər göstərdiyi vurğulanıb.
Robert Olifant Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyasını yüksək qiymətləndirib. Kanada dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini söyləyən XİN-in parlament katibi icmamızın tarixi vətənlərinin imicinin yüksəldilməsi və mədəniyyətinin tanıdılması istiqamətində Kanadada gördüyü işləri müsbət qiymətləndirib.
Komitə sədri Kanada-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
“Peys Hüquq Firması”nın (“Pace Law Firm”) təsisçisi və rəhbəri Al Peyslə görüşdə isə şirkətin hüquqi xidmətləri barədə ətraflı məlumat verilib və fəaliyyətinə dair təqdimat keçirilib. 1981-ci ildə əsası qoyulan şirkətin beş ofisində 160-dan çox hüquqşünasın çalışdığı və müştərilərə 38 dildə xidmət göstərdiyi qeyd edilib.Al Peys bildirib ki, özü əslən Litvadan olduğu üçün litov icmasının fəaliyyətində iştirak edir və rəhbərlik etdiyi şirkət litov gənclərinin startap layihələrini təmənnasız olaraq dəstəkləyir.
Komitə sədri ölkəmizin inkişafı, diaspor quruculuğu və Azərbaycan icma üzvlərinin yerli cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Azərbaycan diasporu üzvlərinin müxtəlif ölkələrdə, o cümlədən, Kanadada biznes sahəsində çalışdıqlarına, xarici ölkələrin iqtisadiyyatına töhfələr verdiklərinə diqqət cəlb olunub. İnteqrasiya sahəsində soydaşlarımızın qarşılaşdıqları hüquqi çətinliklərin aradan qaldırılması yolları və əməkdaşlıq perspektivləri müzakirə edilib.
скачать dle 10.6фильмы бесплатно


198

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.