• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Özbəkistanda ilk dəfə “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək

9-04-2023, 12:00 | Baxılıb: 274
“Özbəkistanda ilk dəfə “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində aprelin 11-12-də Özbəkistanda "Şuşa günləri" silsilə tədbirləri keçiriləcək.

Mədəniyyət Mərkəzindən Diaspor.info-ya bildirilib ki, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.

Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa Günləri” tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədii şeir kompazisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.

“Şuşa günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.təqdim ediləcək.

“Şuşa günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulur.

Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələlxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.

Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.скачать dle 10.6фильмы бесплатно


274

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.