• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda iştirak edib

10-04-2023, 21:30 | Baxılıb: 211
“Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda iştirak edib

Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda iştirak edib
Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi (DCAF) tərəfindən Almaniya Federativ Respublikasının Garmiş-Partenkirxen şəhərində “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələrdə psixi sağlamlığın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib. 10 ölkədən 23 nümayəndənin qatıldığı təlimdə Ombudsman Aparatının Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova da iştirak edib.
Konfrans çərçivəsində təşkil olunmuş “Beynəlxalq humanitar hüququn təşviqi” sessiyasında çıxış edən Ombudsman Aparatının əməkdaşı Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan tərəfindən pozulmuş beynəlxalq humanitar hüquq normaları, həmçinin Ermənistanın silahlı qüvvələri və qanunsuz silahlı dəstələri tərəfindən işğal dövründə Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması və dəqiq mina xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi barədə məlumat verib. R.Əmirbəyova çıxışında Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi barəsində bu günədək, Azərbaycana məlumatların təqdim olunmaması, İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə və digər böyük şəhərlərin Ermənistan hərbi-siyasi hakimiyyətinin göstərişi ilə qadağan olunmuş silahlardan hücuma məruz qoyulması, Azərbaycana qarşı hərbi əməliyyatlarda uşaqların cəlb olunması və Ermənistanın törətdiyi digər müharibə cinayətlərinə toxunub.
Ombudsmanın İkinci Qarabağ müharibəsi bitdikdən sonra geri qaytarılan azərbaycanlı hərbi əsir və girovlara baş çəkərkən apardığı araşdırmalar zamanı onların Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə müəyyən edilmiş faktlara əsaslanan məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
Sessiyalar çərçivəsində təşkil olunmuş müzakirələrdə Ombudsmanın nümayəndəsi terror-diversiya qrupları şəklində işğaldan azad olunmuş ərazilərimizdə cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşlarının saxlanıldığı müəssisələrə Milli Preventiv Qrup tərəfindən ardıcıl başçəkmələr həyata keçirildiyini qeyd edib. Sistemli həyata keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyinin tələblərinə riayət edildiyi, hüquqlarının təmin edildiyi, onlara lazımi tibbi və psixoloji xidmətin göstərildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно


211

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.