Prezident İlham Əliyev aprelin 11-də Cavanşir Paşazadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Diaspor.info-nun məlumatına görə, Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilsin".
206