Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və dəhşətlərə düçar olmuşdur. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illərboyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar, tədricən, doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti tarixi əsrləri əhatə edir və hadisələri ardıcıllıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. Hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Azərbaycanın bir sıra torpaqlarını sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Ölkə Prezidenti cənab İlham Əliyev bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirərək deyib: “Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi”. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalmışdır. 27 may 1997-ci ildə Müstəqillik Günü münasibətilə təntənəli yığıncaqda nitq söyləyən Ümummilli Lider Heydər Əliyev azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: “O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistan çox gözəl iqlimə, yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub. Malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir. Beləliklə, o vaxtdüşməndən azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Hazırda Azərbaycanın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarının həqiqi sahiblərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış Azərbaycan əhalisinin hüquqlarının bərpa olunmasıdır. İllərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevrildi. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”. əməkdaşlığın bərqərar edilməsi üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Beynəlxalq platformada bu məsələnin gündəmdə saxlanılması vacib əhəmiyyət daşıyır. BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də işlərə başlanılıb. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan dinc şəkildə, sülhlə soydaşlarımızın qayıdış məsələsini gündəmə gətirib.
Bu gün, heç şübhəsiz ki, xalqımız Müzəffər Ali Baş Komandanın qüdrəti və apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir və öz liderinin ətrafında sıx birləşərək yeni qələbələrə zəmin yaradır.
Arzu Abdullayev
Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və
ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru