• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanadanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylərini dəstəkləyirik”

13-04-2023, 17:00 | Baxılıb: 261
“Kanadanın XİN başçısı: “Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə edilməsi səylərini dəstəkləyirik”

Kanadanın xarici işlər naziri Melani Joli Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) İdarə Heyətinin üzvlərini qəbul edib.

Diaspor.info xəbər verir ki, görüş zamanı Kanadanın azərbaycanlı icmasının fəaliyyəti və siyasi fəallıq prioritetlərindən söz açılıb.

Eləcə də Azərbaycan-Ermənistan arasında münasibətlər və Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti müzakirə edilib.

NAC İdarə Heyətinin üzvləri Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanıldığı, bu ərazilərdəki əhalinin qovulduğu və azərbaycanlıların yaşadığı bütün yaşayış məntəqələrinin dağıdıldığını nazirin diqqətinə çatdırıblar.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bölgədə yeni reallıqların yarandığı qeyd edilib. İşğaldan azad edilmiş ərazilərdə dağıntının miqyası və eləcə də Ermənistan tərəfindən kütləvi minalanmanın həyata keçirilməsi səbəbindən hələ də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilməməsi nazirin diqqətinə çatdırılıb.

NAC-in təşəbbüsü ilə Kanada dövləti tərəfindən Qarabağda minatəmizləmə işləri üçün 400 000 dollar vəsaitin ayrılmasına görə təşəkkür ifadə edilib.

M.Joli Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı oldğunu qeyd edib. O bildirib ki, Kanada beynəlxalq hüququn prinsiplərinə sadiqdir və bütün mübahisələrin hüquq və danışıqlar çərçivəsində həll edilməsinin tərəfdarıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının himayəsi altında aparılan sülh danışıqlarının tezliklə uğurla başa çatacağına ümid edir və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Qeyd edək ki, NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədilə yaradılmış və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.скачать dle 10.6фильмы бесплатно


261

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.