Felyeton
Yenə deyəcəksiz ki, baba, nə tutmusan bizim ərməniynən dust-qərdaş olmağımızın ətəyindən? Ötür rədd olub getsinnər da. Siz də yaxçı bilirisz ki, indi internet, “Tik-tok” dövrüdü, adamlar heç ruznamə də oxumağa vaxt tapammır o ki qaldı mənim bu gileymi oxusunnar. Əmma, bu gecə oturub hətmən bu məktubu ona görə yazdım ki, Arazın o tayındakı müsəlman qərdaşdarımıza ərz eliyim ki, biz ərməniynən nədən dust olmuşux. Bilmirəm birdən deyərssiz ki, ağa, bə bu nə səfeh sualdı, axı İranda kullən kimdən soruşsan ki, türkü çox sövərsiz ya ərmənini, siz də bilirsiz, Həzrət Abbasa da and içərəm ki, bizim kişvərdə bir dənə axmağ adam tapammazsan ki, bu dığaları it yerinə qoysun. Vəli, neyniyax ki, indi elə pis zamandı ki, məcbur tutmuşux bu dinsiz-imansızların ətəyindən ki, baba, bu İrəvannan Tehran elə dünyeyi-qədimdən bir saqqalın tükləridi ki, qoşa bitiblər, biz də onlardan qopammırıx.

“Saqqal” dedim, əsas mətləbə keçmədən sizə ərz eliyimi ki, indi kulli İranda təzə dəb düşüb, deyirlər, xanımlar başını açandan sonra ağalar da saqqala pis baxırlar. Küçədə də kimdən soruşursan, deyir ki, bəs bizim mollalar saxtakardılar. Niyə, düz deyirlər da, elə hər saqqal saxlayan müsəlmandırsa onda gərək bu Paşinyan da hər yekşənbə İrana gəlib yerdə-yurdda qalanları başına toplaya ki, bəsdir küncdə-bucaqda gizlincə kişmiş arağından vurub, dininizə əməl eləmirsiz! Elə düzü, mən də qeyrətimə sığışdırmanam ki, bizim bu qədər tarixmiz, mədəniyyətimiz ola ola, hər dəfə bu ərmənilərnən ağız-ağıza öpüşüb, yalandan dust olduğumuznan fəxr eliyax.
Əziz, müsəlman qərdaşdar, ərməninin canı cəhənnəmə, əmma, bu siyasət ki var, elə bir zaddı ki, bizim bu kişvərdə adamın başını lap xarab eliyər. Mən də oturub fikirləşirəm ki, aya, bu mollaların yerinə özüm olsaydım, görəsən, nə olardı axırım!? Axı adam nə də qədər yalan danışar, nə qədər dostu-düşməni bir-birinə qatışdırar? İranda da çox müşkül işlər ki var, onlarnan baş eləmək hər adamın işi deyil. Bu qədər nəfti, qazı olan kişvərdə indi ətin kilosu olub əlli min tümən, millətin cibində siçanlar oynaşır. Elə ki bu Əmirkaynan ki düşmən oldux, onda kül oldu başımıza. İndi nə pulumuz puldu, nə malımız mal. Səfeh mollalar da bir tərəfdən tərs damarına salıb ki, gərək İsrail Fələstindən çıxa ki, biz də rahat nəfəs alax. Bir nəfər oturub başa salan yoxdu ki, baba, sən özün Suriyadan, Yəməndən çıxırsan, o da ordan çıxa?! Elə Fələstinin təəssübü sənə qalıb? Qoy ərəblər özdəri desinnər da. Ərəb oturub, Əmirkada, Almanda yeyib-içir, kef eləyir, pul qazanır, biz də burda dərd-qəm çəkirix.
O büri tərəfdən də adımızı batırıb, dədə-baba qonşumuz Azərbaycanla düşmən olurux ki, bə sən niyə Qərəbağı ərmənidən geri aldın! Adamnan soruşmazdar ki, indi dünyada heç ömründə bircə dəfə də Azərbaycanda olmayan bir nəfər də varmı ki, durub ərməniyə deməsin ki, – itil get xarabana, bəsdir gül kimi yerləri viranə qoydunuz! Deyirəm ki, vallah Azərbaycandı ki səbir eliyir. Mən olsaydım, bizim Ərdəbil tacirləri kimi oturub, bircə-bircə hamısını yazardım, bax Füzulidən Kəlbəcərə, Zəngilandan Tərtərə qədər nə qədər kənddən, şəhərdən qapı-pəncərə söküb İranda satmısan, qeytər pulumu! Di dillən, səsin çıxsın görüm, necə çıxacax? Baba, bu ərməni ki var, üz verirsən astar istəyir. Adamların hər yerdə adamı var. Elə bizim mollalar da bundan qorxurlar da. Yoxsa nəyimizə lazım ki, oturub ərməniynən dust olax, Qafanda tavla kimi yerdə konsullux açax... Bizimki elə üzdən, yalandan dust olmaxdı. Keçəndə ağayi Nikol Tehrana gələndə bizim rəisi cumhurla görüşüb qucaqlaşdılar, əmma ə tövbə, hamı da tilivizyonda gördü ki, bizim ağalardan bircə nəfər də xanım Annanın əlni sıxmadı. İranda hər kəs öz xanımından betər qorxur axı. Evə gələndə saqqalını yolarlar. Qoy cəhənnəm olsun bu ərməniləri! Onsuz da onların axırı yoxdu. Azərbaycana uduzublar, gedib Əmirkada, Yurupda bizdən də desələr onda vay halımıza. Bəli, indi gördüz ki, bu bir siyasətdi ki, bizim mollalar aparır, yaxında İranı da şeytanın şərindən hifz edəcək. Yoxsa siz Allah, bizdən küsməyin, axı biz müsəlman bacı-qərdaşdarıyıx.

Bə nə tez unutduz? Yadızdadı, şurəvi dağılanda sizin nə qədər bərqi vəsailiniz vardı biz aldıx da su qiymətinə. İndi də elə hey ucuz-ucuz xurmadı, düyüdü, aftafadı ki biz göndəririx da Azərbaycana. Nə görmüsüz bu Türkiyədə? Ya elə bilirsiz İran olmasa Pakistan sizə ucuz düyü verər? Yox baba! Heç bir kilo da verməz. Sözümün canı odur ki, biz ərməniynən dust olarıx, əmma sizi də unutmarıx. İnşallah ki zamanı var! Hətmən ki, bir gün gələr, İranda da hamı əyağa qalxıb deyər ki: “Nooldu Paşinyan?!
Güneyli Əhməd