• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

15-04-2023, 20:00 | Baxılıb: 202
“Qərbi Azərbaycan İcması İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.
Diaspor.info-ya daxil olan bəyanatda deyilir:

“Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra, bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilmişdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxs Azərbaycanın Bayrağını nümayişkaranə şəkildə yandırmışdır.

Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etmişdir. Ən ağrılısı odur ki, Azərbaycan Bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuş, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri daxil olmaqla, çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanmışdır.

Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın göstəriciləridir. Ermənistanda belə ictimai nifrət aktlarını təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.

Ermənistanın törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə beynəlxalq aləmin lazımınca reaksiya göstərməməsi bu ölkədə irqi ayrı-seçkilik siyasətinin və cəmiyyətdə ksenofobiya meyillərinin daha da güclənməsinə şərait yaradır. Buna görə də biz beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi etnik təmizləmə, irqi ayrı-seçkilik kimi insanlıq əleyhinə cinayətlərinə adekvat qiymət verməyə çağırırıq.

İcma Azərbaycan Bayrağına qarşı törədilmiş cinayəti kəskin şəkildə qınayır və Ermənistan hökumətindən azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmağı, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi və onları şöhrətləndirməyə dərhal son verməyi tələb edir.

Bütün bunlar, Ermənistana qayıtmağımız üçün müvafiq verifikasiya, hüquqi və təhlükəsizlik zəmanət mexanizmini ehtiva edən razılaşmaların zəruriliyini bir daha vurğulayır”.скачать dle 10.6фильмы бесплатно


202

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.