Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılması dünyanın bir sıra aparıcı KİV-lərinin diqqət mərkəzində olub.
Diaspor.info xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə bu çirkin hadisə idman dəyərlərinin bütövlüyünə və ədalətli oyunun universal prinsiplərinə hücum kimi dəyərləndirilib.
“Reuters” agentliyinin yaydığı “Azərbaycan Ermənistanda keçirilən ağır atletika çempionatında bayrağın “barbarcasına” yandırılmasına etiraz edib” sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan şənbə günü qonşu Ermənistanda ağır atletika çempionatının açılış mərasimi zamanı Dövlət Bayrağının yandırılmasına kəskin etirazını bildirib. Azərbaycan idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğunu və onların artıq Gürcüstandan keçməklə Vətənə qayıtmaq üçün Ermənistanı tərk etdiklərini bəyan edib.
Video və foto görüntülərinin təqdim olunduğu xəbərdə Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanat yaydıqları qeyd edilib. Diqqətə çatdırılıb ki, bəyanatda bu hadisə “barbar hərəkət”, etnik nifrət və irqçiliyin sübutu kimi sərt şəkildə qınanıb.
Məqalədə iki ölkə arasında uzun illərdən bəri düşmənçilik münasibətlərinin davam etdiyi vurğulanıb, son bir həftə ərzində baş verən toqquşmalarda 7 nəfərin həlak olduğu qeyd edilib.
Böyük Britaniyanın “Inside The Games” idman nəşrində yayımlanan xəbərdə isə bildirilib ki, Azərbaycan açılış mərasimində Dövlət Bayrağının yandırıldığı “barbarcasına” insidentdən sonra ağır atletika komandasının Avropa çempionatını tərk etməsini qərara alıb. Məqalədə bu barədə bildirilib: “Ermənistanın paytaxtında komandaların paradı zamanı şounun modelyeri bayrağı gənc qadının əlindən alıb əvvəlcədən planlaşdırdığı və sosial şəbəkədə paylaşdığı hərəkətlə yandırıb. Televiziya şirkətində işləyən Aram Nikolyan polis tərəfindən saxlanılsa da, sonradan heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. O, ifadəsində “Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, evlərində Azərbaycan bayrağını assınlar” deyib.beynəlxalq ağırlıqqaldırma yarışında Azərbaycanın Dövlət Bayrağının yandırılması hadisəsindən sonra idmançılarımızın turnirdə iştirakdan imtina etdikləri bildirilib. Məqalədə bu hadisə ilə əlaqədar Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin yaydığı birgə bəyanatdan aşağıdakı ifadələr sitat gətirilib:iştirakını dayandırıb. Xəbərdə bayrağın yandırılmasının bu həftə yeni toqquşmalar nəticəsində münasibətlərin gərginləşdiyi dövrə təsadüf etdiyi vurğulanıb. Azərbaycanın Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin yaydığı birgə məlumatda bayrağın yandırılmasının idmanın nəcib məqsədinin prinsiplərinə tamamilə zidd olan “barbar hərəkət” kimi qiymətləndirildiyi, beynəlxalq ictimaiyyətə və idman təşkilatlarına bu vəhşi hərəkəti kəskin şəkildə pisləmək üçün çağırış ünvanlandığı qeyd olunub.
Məqalədə vurğulanıb ki, erməni mediası Azərbaycan bayrağını yandıran şəxsin açılış mərasimində akkreditə olunmuş dizayner Aram Nikolyan olduğunu bildirilib. O, səhnəyə çıxaraq bayrağı qızın əlindən alaraq yandırıb.
Türkiyənin “TRT Haber”, “Takvim”, “HaberGlobal”, “Sondakika”, “Hürriyet”, “Milliyet”, “Sabah”, “Türkiye” və digər KİV-lərində də yayılan xəbərlər “Avropa Ağır Atletika Federasiyasında skandal: Azərbaycan Bayrağına çirkin hücum” sərlövhəsi ilə yayımlanıb. Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın torpaqlarını işğalçı Ermənistandan azad etməsindən sonra iki ölkə arasındakı münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başlayarkən Ermənistanda keçirilən Avropa Çempionatının açılışında bir nəfər Azərbaycan Bayrağına qarşı çirkin hücum gerçəkləşdirdi.ictimaiyyətdən üzr istədiyini bildirib: “Mən bir vətəndaş və parlamentari kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram”.
“Kavkazskiy Uzel” qəzetinin yaydığı məlumatda qeyd olunub ki, Ermənistanın Avropa Partiyasının lideri Tiqran Xzmalyan da hadisə ilə bağlı paylaşım edərək Aram Nikolyanın əməlini pisləyib. O, feysbukdakı səhifəsində bu barədə bildirib: “Bu, ağır siyasi nəticələri olan antidövlət təxribatıdır. Bayrağın yandırılması qələbə deyil, zəiflik əlamətidir”. Məqalədə vəkil Ara Qazaryanın “Aram Nikolyan yəqin ki, özünü əsl qəhrəman kimi hiss edir. Lakin bununla o, yüzlərlə insanın uzun illər ardıcıl əməyinə böyük ziyan vurub. Ümid edirəm ki, o, nə vaxtsa bunu dərk edəcək” ifadələri də oxucuların diqqətinə çatdırılıb.
Rusiyanın “Vzqlyad” nəşrində yer alan yazıda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına turnirin açılış mərasimində Azərbaycan Bayrağını yandıran stilistik studiyanın rəhbəri Aram Nikolyanı işdən çıxarmağı tapşırıb.
“Bnn.network” portalında yer alan xəbərdə Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin başlandığı qeyd olunub. Bildirilib ki, Baş Prokurorluq milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş bu cinayət əməlini törədən Aram Nikolyanın və digərlərinin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilmələri məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndəriləcəyini və onların cəzalandırılmaları üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq ediləcəyini açıqlayıb.Qeyd edək ki, Avropa çempionatı kimi mötəbər bir yarışın açılış mərasimində iştirakçı ölkələrdən birinin - Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılması barədə xəbərlər Xorvatiyanın “24sata.hr”, Ukraynanın “tsn.ua”, “sport.nb.ua”, “sport.unian.ua”, “champion.com.ua”, “news.obozrevatel.com”, “telegraf.com.ua”, “antikor.com.ua”, Gürcüstanın “Sportall.ge”, İranın “Etemad Online”, “Mehr”, “Mashreg News”, “Fars News”, Hindistanın “The Hindu”, Qətərin “Əl Cəzirə” və digər ölkələrin KİV-lərində də məqalələr dərc edilib.