• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman: Azərbaycan Bayrağının təhqir edilməsi Ermənistanda ölkəmizə qarşı nifrət siyasətinin nəticəsidir

17-04-2023, 20:00 | Baxılıb: 197
“Ombudsman: Azərbaycan Bayrağının təhqir edilməsi Ermənistanda ölkəmizə qarşı nifrət siyasətinin nəticəsidir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.

Bu barədə Diaspor.info-ya Ombudsman Aparatından məlumat verilib.

Müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.

Eyni zamanda müraciətdə ötən gün hərbi qulluqçularımıza baş çəkən Ermənistan ombudsmanının onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığı barədə açıqlamasına da toxunulub. Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasının açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan Ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqətə çatdırılıb. Azərbaycan Ombudsmanı bu baxımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən həmin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.Bununla yanaşı, Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən həm İkinci Qarabağ müharibəsi zamanı erməni hərbi əsirlərə, həm də postmüharibə dövründə azad edilmiş ərazilərimizdə saxlanılmış erməni hərbi dəstə üzvlərinə dəfələrlə başçəkmələr həyata keçirildiyi, bununla bağlı çoxsaylı mətbuat açıqlamaları yayımlandığı vurğulanıb.

Müraciətdə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə törədilən bu əməllərlə yanaşı, bu günlərdə ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının təhqir edilməsi faktının da Ermənistanda geniş təbliğ edilən Azərbaycana qarşı nifrət siyasətinin nəticəsi olduğu qeyd edilib.

Yekunda ombudsman hərbi qulluqçularımızın ailə üzvləri ilə videozəng vasitəsilə əlaqə yaratmalarına və təhlükəsizlikləri təmin edilməklə ölkəmizə geri qaytarılmalarına dəstək göstərilməsi məqsədilə həmin qurumlara çağırış edib.скачать dle 10.6фильмы бесплатно


197

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.