• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Kanadadakı Azərbaycan diasporu Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentinə müraciət edib

18-04-2023, 09:30 | Baxılıb: 261
“Kanadadakı Azərbaycan diasporu Beynəlxalq Ağır Atletika Federasiyasının prezidentinə müraciət edib

ABŞ-ın Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Mohammed Caluda məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor.info-ya bildiriblər ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması barədə məlumat verən Azərbaycan Dostluq Təşkilatının rəhbəri bu məsələ ilə bağlı soydaşlarımızın dərin narahatlığını ifadə edib.

“Azərbaycan əsilli amerikalılar olaraq milli rəmzimizə qarşı bu hörmətsizlik aktından dərindən narahat olduq və kədərləndik. Azərbaycan bayrağı ölkəmizi, xalqımızı və onun dəyərlərini təmsil edir. O, suverenliyimizin, mədəniyyətimizin və irsimizin rəmzidir. Onun yandırılması təkcə azərbaycanlılara qarşı təhqir deyil, həm də beynəlxalq idman tədbirlərinin əsasını təşkil edən idman davranışı və ədalətli oyun prinsiplərinin pozulmasıdır”, - deyə Adika İqbal vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında vandalizm və dağıntılar törətdiyini, Qarabağ münaqişəsinin minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsi, həmçinin mədəni irsimizin məhv edilməsi ilə nəticələndiyini xatırladan soydaşımız qeyd edib ki, xalqımıza, tariximizə qarşı bu cür təcavüzkarlıq hallarının davam etməsi yolverilməzdir. “Ümid edirəm ki, beynəlxalq ictimaiyyət bu ədalətsizliyə qarşı qəti mövqe nümayiş etdirəcək. Biz sizi münaqişənin sülh yolu ilə həlli istiqamətində işləməyə çağırırıq. Bu cür vandalizm aktlarının həm ölkə daxilində, həm də xaricdə daha geniş Azərbaycan ictimaiyyətinə göstərə biləcəyi təsirləri nəzərə alın”, - deyə o qeyd edib.

Adika İqbal IWF prezidentini Azərbaycan bayrağının yandırılması məsələsinə ciddi yanaşmağa və gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi tədbirlər görməyə çağırıb. Bildirilib ki, milliyyətindən asılı olmayaraq, idman yarışlarının bütün iştirakçılarının bir-birinin mədəniyyətinə və adət-ənənələrinə hörmət etmələri vacibdir. Həmçinin ümid edirəm ki, siz narahatlığımı ağır atletika üzrə Avropa çempionatının təşkilatçılarına, bütün iştirakçıların təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün məsul orqanlara çatdıracaqsınız.скачать dle 10.6фильмы бесплатно


261

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.